Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səma qəhrəmanının həyat hekayəsi- AZƏRTAC-ın pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan XÜSUSİ REPORTAJI VİDEO

Kropivnitsk, 23 dekabr, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninov Ukraynanın Kropivnitsk Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında da təhsil alıb. Bu təhsil kompleksi 1951-ci ildən bəri aviasiya mütəxəssisləri hazırlayır. 80 ölkədən 110 mindən çox mütəxəssis burada təhsilini başa vurub.

AZƏRTAC-ın xüsusi müxbiri 1992-ci il təvəllüdlü Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyada və Milli Qəhrəmanımızın adına yaradılan auditoriyada olub, onu yaxından tanıyanlarla söhbət edib. İlk növbədə qeyd edək ki, Aleksandr Kalyaninov Bakı Avropa Liseyini bitirib. Ali təhsilini Bakıda və Türkiyənin İzmir şəhərində davam etdirib. Daha sonra magistr təhsilini Ukraynada davam etdirmək qərarına gəlib. 2021-ci ildə Kropivnitsk Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında aviasiya nəqliyyatı üzrə magistr dərəcəsini alıb və "pilot mühəndisi", "tədqiqat mühəndisi" ixtisaslarına yiyələnib. Aleksandr Ukraynada magistr təhsili aldığı müddətdə çox ağıllı, bilikli, bir neçə xarici dildə səlis danışan, dürüst insan kimi yaddaşlarda qalıb.

Akademiyanın rektoru Boqdan Stetsyuk AZƏRTAC-a açıqlamasında Milli Qəhrəmanımız haqqında öz fikirlərini bölüşüb: “Biz məzunumuz, Azərbaycan xalqının qəhrəmanı, insanların, heyət və sərnişinlərin həyatını xilas edən Aleksandr Kalyaninovun adını daşıyan auditoriyada dayanmışıq. Aleksandr ən yaxşı məzunlarımızdan biri idi. O, əla tələbə idi və müəllimləri onun haqqında yüksək fikirlər söyləyirlər. Aleksandr fəal idi, Ukraynanı sevirdi, ölkəmiz daxilində çox səyahət edirdi və həmyaşıdları tərəfindən hörmətlə qarşılanırdı. Onun xatirəsinə akademiya ən yaxşı auditoriyalarından birini seçib. Ukraynanın Azərbaycandakı səfirliyi, xüsusən də bu yaxınlarda bizi ziyarət edən səfir Yuri Qusev bizə əhəmiyyətli və dəyərli kömək göstərib. Sıx əməkdaşlığına görə Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq. Qeyd etmək lazımdır ki, bir çox Azərbaycan vətəndaşı akademiyamızda müxtəlif ixtisaslar üzrə təhsil alır”.

Aleksandr uşaqlıqdan atası kimi pilot olmağı və həyatını səmaya həsr etməyi arzulayırdı. Məhz o səmalarda olmaq arzusunu gerçəkləşdirmək üçün peşəkar təhsil alaraq nümunəvi pilot oldu.

Milli Qəhrəmanımızın təhsil aldığı auditoriyada ona aid guşə yaradılıb. Akademiyada təhsil alanlar indi onun qəhrəmanlığından əyani şəkildə tanış olurlar.

Biz orada olanda akademiyanın dosenti, tarixçi-alim İrina Romanko Milli Qəhrəmanımızın keçdiyi həyat yolu barədə tələbələr qarşısında məruzə ilə çıxış edirdi. Onun qəhrəmanlığı məhz akademiyada təhsil alan tələbələrə bir nümunə kimi göstərilirdi.

İrina Romanko bizimlə söhbətində bildirdi ki, akademiyanın rəsmi saytında Aleksandr Kalyaninovun həyat və qəhrəmanlığına həsr olunmuş virtual memorial yaradılıb. “Dünyadakı hər kəsin memorialın materiallarına daxil ola bilməsi üçün virtual format seçdik. Mətn iki dildə - Ukrayna və Azərbaycan dillərində təqdim olunur. Bu, Aleksandr Kalyaninovun həyat hekayəsidir və erkən uşaqlıq illərindən, Bakıdakı Avropa Liseyində təhsilindən, Milli Aviasiya Akademiyasından və Ukrayna Dövlət Uçuş Akademiyasında magistr dərəcəsindən başlayır. Bu dövrə onun peşəkar inkişafı, Azərbaycan Hava Yollarında işləməsi və onlarla insanın həyatına son qoyan o dəhşətli, faciəli günün hadisələri daxildir. Ekipajın şücaəti və Aleksandr Kalyaninovun qəhrəmanlığı Azərbaycandan olan kursantlar da daxil olmaqla, nəsillər boyu kursantların təlimi və təhsili üçün nümunədir. Biz Azərbaycan vətəndaşlarını yetişdirə bildiyimiz üçün qürur duyuruq. Həmçinin yaxın gələcəkdə Aleksandr Kalyaninovun xatirəsini əbədiləşdirmək səylərimizi daha da artıracağıq, muzey sərgisi yaradacağıq və onun məzmununu genişləndirəcəyik. Kirovoqrad bölgəsindəki Azərbaycan diasporu ilə birgə tədbirlər keçirməyi planlaşdırırıq. Aleksandr əbədi olaraq qəlbimizdə yaşayacaq”, - deyə İrina Romanko əlavə edib.

Aleksandr Kalyaninovun nümunəvi tələbə olduğunu onun magistr təhsili üzrə rəhbərinin dilindən eşitmək xoş oldu.

Akademiyanın mühəndislik üzrə fəlsəfə doktoru Vladimir Majarov isə onu belə xatırlayır: “Mən Aleksandrın magistr dissertasiyası üzrə magistr proqramı zamanı onun rəhbəri idim. O, heç vaxt problem yaratmayıb, çox nəzakətli və intizamlı tələbə idi, verilən tapşırıqları müstəqil və uğurla yerinə yetirirdi. Aleksandr həmişə təşəbbüskarlıq və işləmək istəyi göstərərək biliyini ən yüksək səviyyədə nümayiş etdirirdi”.

Aleksandr Kalyaninov adına auditoriyanın yardaılmasında diasporumuzun xidməti də danılmazdır. Bu işdə diasporumuzun fəalları akademiya ilə sıx əməkdaşlıq edirlər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kirovoqrad vilayəti təşkilatının sədri Yusif Məmmədov bildirib ki, bu təhsil ocağı burada yaşayan azərbaycanlılar üçün də doğmadır. “Akademiyada hazırda 60 azərbaycanlı təhsil alır. Ali təhsil ocağında Milli Qəhrəmanımız Aleksandr Kalyaninovun muzey-guşəsi yaradılıb. Bu muzey-guşənin inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik”, - deyə diaspor fəalı bildirib.

Aleksandr Kalyaninov peşəkar pilot kimi çox qısa yol keçsə də, şücaəti ilə əbədiyyətə qovuşdu. Səma yolunda Milli Qəhrəman oldu.

Qeyd edək ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kropivnitsk

Səma qəhrəmanının həyat hekayəsi- AZƏRTAC-ın pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan XÜSUSİ REPORTAJI  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Qanunda təklif olunan dəyişikliklər barədə azyaşlılar düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub