Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkəsəndə güləşə maraq artır - Gənc pəhləvanlar böyük hədəflərə doğru REPORTAJ FOTO VİDEO

Daşkəsən, 15 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

AZƏRTAC-ın "Bölgələrdə idman" layihəsi çərçivəsində növbəti reportajımız Kiçik Qafqazın şimal-şərqində, dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşən Daşkəsəndəndir. Reportajı oxucularımıza təqdim edirik.

Güləş dünyada və ölkəmizdə hər zaman insanların maraq göstərdiyi idman növüdür. Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlarda, həmçinin beynəlxalq arenalarda güləşçilərimizin qazandıqları nailiyyətlər yetərincədir. Bu məqam və son illərdə regionlarda bu idman növünün daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəticəsində daşkəsənli uşaq, yeniyetmə və gənclərin də güləşə marağı böyükdür. 1963-cü ildən fəaliyyət göstərən Daşkəsən Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 24 məşqçi-müəllim tərəfindən 35 qrupda 378 şagirdə voleybol, stolüstü tennis, şahmat idman növləri ilə yanaşı, yunan-Roma güləşinin də sirləri öyrədilir. İstedadların kütləvi şəkildə yetişdirilməsi üçün yunan-Roma güləşi üzrə məktəbə qəbul 7 yaşdan başlayır.

Təcrübəli məşqçi-müəllimlər şagirdlərin seçdikləri idman növünün incəliklərini dərindən mənimsəmələri üçün bütün səy və bacarıqlarını sərf edirlər. Daşkəsən Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Mübariz Mürsəlovun sözlərinə görə, hazırlıq prosesi yalnız fiziki məşqlərlə məhdudlaşmır, həm də psixoloji və intellektual inkişaf, sağlam həyat tərzi prinsiplərinə əsaslanır. Nəticədə məktəbin yetirmələri respublikada keçirilən bir çox yarış və turnirdə uğurlu nəticələr əldə ediblər. Ən istedadlı güləşçilər isə yığmaya cəlb olunurlar.

“Yunan-Roma güləşinin rayonumuzda inkişafı üçün çalışırıq. Hazırda bu bölmədə 6 məşqçi-müəllim 6 qrupda 78 nəfərə yunan-Roma güləşini öyrədir. Ötən il idmançılarımız “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Güləş Federasiyasının keçirdikləri yarışlarda iştirak ediblər. Fəxrlə qeyd etmək istərdim ki, iki yetirməmiz həmin yarışlarda mükafata layiq yerlər tutub. Gələcəkdə regionda keçirilən və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq yarışlara qatılıb, nailiyyətlər əldə etməyi planlaşdırırıq”, - deyə o vurğulayır.

Daşkəsən Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Ötən il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəbdəki mövcud zalların maddi-texniki bazası gücləndirilib, təlim avadanlıqları yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Bundan başqa, binanın istilik sistemi yenilənib və idmançıların rahat məşq keçməsi üçün daha münbit şərait yaradılıb. Bu amillər və təcrübəli idmançılarımızın əldə etdikləri böyük uğurlar rayonda uşaq, yeniyetmə və gənclərin güləşə marağının artması ilə nəticələnir. Mübariz Mürsəlov da bunu təsdiqləyir: “Yığma komandalarımızın sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq yarışlarda qazandıqları yüksək nailiyyətlər, müxtəlif əyarlı medalların ölkəmizə gətirilməsi həm də yeniyetmə və gənclər, eləcə də valideynlər arasında xüsusi təbliğat formasıdır. Şagirdlər çalışırlar ki, idmanla mütəmadi məşğul olsunlar, tanınmış idmançılara bənzəsinlər”.

Məşqçi-müəllim Zaur Həsənovla da söhbət edirik. Bildirir ki, Daşkəsən rayonunda güləş idman növünün populyarlaşması, istedadlı idmançıların üzə çıxarılması, onların peşəkar səviyyədə hazırlaması əsas hədəflərdəndir. Hər il ölkə üzrə müxtəlif yaş qrupları arasında çempionatların, yarışların təşkil edilməsi və daşkəsənli idmançıların bu yarışlarda iştirakı, eləcə də nailiyyətlər əldə etməsi olduqca sevindiricidir. “Hazırda iki yetirməmiz – Verdiyev Ömər Rasim oğlu və Məmiyev Səfər Şakir oğlu yığma komandanın üzvüdür. U-15 və U-17 yığmalarında güləş üzrə ölkə birinciliklərində ikinci və üçüncü yerləri qazanıblar. Gələcəkdə şagirdlərimizdən bundan da böyük nailiyyətlər gözləyirik. Çalışırıq yarışlardan qalmayaq. Gəncə, Mingəçevir, Yevlax, Balakən, Göygöl, Goranboy, Şəmkir, Qazax, Ağstafada keçirilən yarışlarda nəticələr əldə etmişik. İddialı uşaqlarımız var. Şagirdlərimizdən Murad Nəcəfov və Yusif Əliyevə Bakıdakı komandaların birindən təklif də gəlib”, - deyə məşqçi-müəllim söyləyir.

Cəmi 8 yaşı olmasına baxmayaraq, Murad Nəcəfov yunan-Roma güləşinə böyük maraq göstərir. Müəlliminin tapşırıqlarını məsuliyyətlə yerinə yetirən balaca pəhləvanın hədəfləri olduqca böyükdür. Murad gələcəkdə peşəkar idmançı kimi beynəlxalq arenalarda ölkəmizin bayrağını dalğalandırmağı arzulayır. “Müəllimin öyrətdiyi fəndləri yadımda saxlamalıyam. Onları yarışlarda tətbiq etməliyəm. Məşqi çox sevirəm, bizim üçün önəmlidir. Güləş sağlamlıqdır. Mən ölkəmizdəki yarışlarda birinci, ikinci, üçüncü yerləri tutmuşam. Amma bu, mənim üçün azdır, Avropa, dünya çempionu olmaq istəyirəm”.

Muradın həmyaşıdı Mustafa Vahabzadə də onun qədər iddialıdır. “Mən üzərimdə işləmişəm. Yarışlarda qızıl, gümüş, bürünc medal qazanmışam. Mən Respublika, Olimpiya çempionu olacağam”, - deyə balaca idmançı arzularını, gələcək hədəflərini dilə gətirir.

Məktəbin digər şagirdləri də Murad və Mustafa kimi yüksək əzm və motivasiya nümayiş etdirirlər. Onları məşqlərdə ruhlandıran əsas məqam isə ustadlarının yolunu davam etdirib, Azərbaycanın idman şərəfini dünyada uca tutmaq arzusudur. İnanırıq ki, daşkəsənli güləşçilərin bu niyyətləri çin olacaq, onların qələbə sədaları ən uca kürsülərdən gələcək. Şübhəsiz ki, bu uğurların ən böyük qalibi yenə də Azərbaycan idmanı olacaq.

 

 

Daşkəsəndə güləşə maraq artır - Gənc pəhləvanlar böyük hədəflərə doğru REPORTAJ FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH