İcbari tibbi sığorta haqqının məbləğində dəyişiklik edilib VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə icbari tibbi sığorta haqqının hesablanması qaydası dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, işəgötürən tərəfindən işçinin əməkhaqqısının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq. Həmçinin işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz hesablanacaq.
İdarə Heyətinin sədri bu məbləğin əvvəllər 8000 manat olduğunu xatırladıb.