Şuşada Su çərşənbəsi qeyd edilib VİDEO
Şuşa, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhərində sakinlər qədim adət-ənənələrə uyğun olaraq Su çərşənbəsini qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, Novruzun ilk çərşənbəsini birlikdə qeyd ediblər. Onlar bir-birlərini təbrik edib, əlamətdar günləri öz doğma şəhərlərində qeyd etməyin sevincini bölüşüblər.