Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb VİDEO
Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında yağıntılı hava şəraiti hökm sürür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Hazırda Şərur rayonunun Axura, Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə, Ordubad rayonunun Parağaçay qəsəbəsinə qar yağır.
Kükü kəndinə yeni yağan qarın hündürlüyü 12, ümumi qar örtüyünün qalınlığı isə 54 santimetr təşkil edir.
Müxbir- Nail Əsgərov