Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “sifarişli” işıqforlar - Düyməni bas, yaşıl işığı yandır, yolu keç REPORTAJ VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Bakı şəhərində yol hərəkətinin intensivliyi günbəgün artır. Bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəsizlik məsələsini daha da аktuallaşdırır. Xüsusilə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə bir tərəfdən digər tərəfə keçid zamanı müəyyən çətinliklərin yaranması qəzalarla nəticələnə bilir. Məhz bu risklərin qarşısını almaq və hərəkəti daha təhlükəsiz şəkildə tənzimləmək məqsədilə paytaxtın müxtəlif yerlərində düyməli işıqforlar quraşdırılır. Bu işıqforların quraşdırılmasında əsas məqsəd həm piyadaların təhlükəsizliyini təmin etmək, həm də nəqliyyat axınının fasiləsizliyini qorumaqdır. Beləliklə, həm hərəkətin növbəliliyi təmin olunur, həm də qəza şəraiti aradan qaldırılır. Piyada düyməni sıxdıqda sistem nəqliyyatın vəziyyətini qiymətləndirir və təhlükəsiz keçid üçün müəyyən vaxtdan sonra yaşıl işığı yandırır.

AZƏRTAC-ın əməkdaşları paytaxtda hərəkətin intensivliyinin müşahidə edildiyi və düyməli piyada işıqforunun olduğu 8 Noyabr prospektinin Xaliq Əzizzadə küçəsi ilə kəsişməsində vəziyyəti müşahidə edib. Düyməli işıqforun piyadaların və sürücülərin hərəkətini yaxşılaşdırdığı müşahidə olunub.

Əvvəllər qəzalar çox olurdu, indi vəziyyət yaxşılaşıb

Piyada Səid Əliyev deyib ki, əvvəllər bu ərazidə vəziyyət təhlükəli olub: “İşıqfor olmadığına görə piyadalar yolu necə gəldi keçirdilər. İndi vəziyyət xeyli yaxşılaşıb. Çünki istənilən piyada işıqforun düyməsini basır, gözləyir, yaşıl işıq yanandan sonra təhlükəsiz şəkildə yolu keçə bilir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçündür. Sürücülər bilirlər ki, qarşıda piyadalar üçün yaşıl işıq yanıb. Əvvəllər isə qaydalara əməl edilmirdi. Bu yolda qəzalar çox baş verirdi”.

Piyada, 63 nömrəli tam orta məktəbin IV sinif şagirdi Ömər Mehrəliyev bildirib ki, hər gün bu yoldan istifadə edir. Düyməli işıqfor quraşdırılandan sonra yolu rahat keçə bilir: “Qaydaya da əməl edirəm - düyməni basıram, gözləyirəm və yaşıl işıq yananda yolu keçirəm”.

Piyada, müəllim Nərgiz Məmmədova vurğulayıb ki, şagirdlər əvvəllər yolu keçməkdə çox çətinlik çəkiblər, indi isə vəziyyət normaldır: “Yol boş olsa da, işıqfordan istifadə edirik. Hər şey rahatlaşıb. Şagirdlərimizə də yol hərəkəti qaydalarını izah edirik. Onlara düyməli işıqforlardan istifadəni başa salmışıq”.

Piyada Famil Hacıxanov qeyd edib ki, yolda vəziyyət çox yaxşılaşıb: “Ərazidə 63 nömrəli məktəb var. Düyməli işıqfor quraşdırılandan sonra məktəblilərin gəliş-gedişi asanlaşıb, onlar yolu nizamla keçirlər. Əvvəl şagirdlər yolu keçməkdə çətinlik çəkirdilər. Valideynlər nigaran qalırdılar. İndi hər şey qaydasındadır. Valideyn olmasa belə, şagird özü düyməni basıb, yolu keçə bilir. Eyni zamanda, nizamlayıcı siqnal var. Siqnal dəyişəndə də şagirdlər yolu keçirlər”.

Sürücü Azər Rzayev yolda düyməli işıqfor olmayan zaman tez-tez qəzaların baş verdiyini, indi isə hər şeyin qaydasında olduğunu bildirib: “Belə işıqforların quraşdırılması həm uşaqlar, həm də böyüklər üçün yaxşıdır. Burada yaxınlıqda məktəb var. Məktəblilər yolu rahat keçirlər”.

Sürücü Ruslan Abbasov düyməli işıqforun bu yolda quraşdırılmasından sonra avtomobilini rahat idarə etdiyini deyib: “Bilirəm ki, piyadalar yola çıxmayacaqlar. Belə işıqforların hərəkətin intensiv olduğu bütün yerlərdə quraşdırılması məqsədəuyğundur. Bu yolda çox qəzalar baş verirdi. İndi müşahidə edirəm ki, vəziyyət dəyişib”.

Sürücü Sahib Əliyev qeyd edib ki, əvvəllər işıqfor olmadığı üçün piyadalar yolu keçməkdə çətinlik çəkiblər, indi isə vəziyyət yaxşıdır: “Piyadalar yolu rahatlıqla keçə bilirlər. Düyməni basıb gözləyirlər, yaşıl işıq yananda keçirlər. Sıxlıq olan yerlərdə bu cür işıqforların quraşdırılması yaxşıdır. Əvvəllər sürət həddi çox olduğuna görə burada qəzalar olurdu, amma indi belə hadisələrin sayı azalıb”.

Düyməli işıqforların quraşdırılması davam etdiriləcək

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu ilin 3 ayı ərzində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif küçə və prospektlərdə piyada bölməli və piyada düyməli yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib: “Piyadalar piyada düyməsini sıxdıqda onlar üçün işıqforun yaşıl işığı yanır və təhlükəsiz şəkildə yolu keçirlər. Piyada bölməli və düyməli işıqforlar daha çox paytaxtın Səbail, Nəsimi, Xətai, Nərimanov, Qaradağ, Suraxanı və Nizami rayonları ərazisində həm mövcud olan işıqforlara quraşdırılıb, həm də ayrı-ayrılıqda müxtəlif kəsişmələr üzrə piyada düyməli və piyada bölməli işıqforlar quraşdırılıb. Təbii ki, işlər davam etdirilir, müxtəlif küçə və prospektlərdə monitorinqlər aparılır. Aidiyyəti qurumla birlikdə hərəkətin təşkilində dəyişiklik edilən yerlərdə də piyada düyməli və piyada bölməli işıqforların quraşdırılması işləri davam etdiriləcək”.

Ömər Xıdırov qeyd edib ki, istənilən halda - istər nizamlanan, istərsə də nizamlanmayan keçidlərdə piyadalar diqqətli olmalı, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. “Təəssüflər olsun ki, bəzi piyadalar keçiddən istifadə zamanı qaydalara əməl etmirlər. Piyada keçidlərinin bir neçə metrliyində piyadalar yolu keçməyə çalışırlar. Belə olduğu təqdirdə, piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir. Bəzi hallarda isə ya sürücülər piyadalara yol vermirlər, ya da piyada keçidinin üzərində piyada vurulması halı baş verir. NİİM olaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək bildiririk ki, piyadalar istənilən halda diqqətli olmalı, nizamlayıcının siqnallarına uyğun formada yolu keçməli, sürücülər də sürətlə avtomobili idarə etməməli, yol nişanlarının tələblərinə riayət etməli və keçidlərə yaxınlaşdıqda sürəti azaltmalıdırlar”.

Yeni işıqforların üstünlükləri

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov AZƏRTAC-a müsahibəsində düyməli işıqforların, başqa adla “sifarişli” işıqforların həm piyadaların təhlükəsizliyi və nizamla yolun hərəkət hissəsini keçməsi, həm də nəqliyyatın hərəkətinin təhlükəsizliyi və fasiləsizliyi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Bakıda, Sumqayıtda və digər yerlərdə çoxzolaqlı yollarda piyada keçidləri var: “Əgər həmin piyada keçidləri işıqforla tənzimlənmirsə, piyadalar deyək ki, 3-4 zolağı tənzimlənməyən, işıqforla nizamlanmayan keçiddən keçməli olurlar. Bu zaman yanaşı zolaqlarda hərəkət edən nəqliyyat vasitələrindən biri digərinin qarşısını kəsə, biri diqqətsiz ola bilər və s. Bu səbəblərdən isə piyadanın real təhlükəyə məruz qalması mümkündür. Bəzi yerlərdə, xüsusən də, təhsil müəssisələrinin, ticarət mərkəzlərinin, metro keçidlərinin yanlarında çoxlu piyada olur. Onlar nizamlanmayan piyada keçidini fasiləsiz keçirlər, nəqliyyatın hərəkəti iflic olur. Belə yerlərdə mütləq işıqforla tənzimləməyə ehtiyac yaranır. Yəni yolayrıcı olmasa da, həmin yerdə piyada keçidini işıqforla tənzimləmək lazım gəlir ki, piyadalar nizamla, təhlükəsiz keçsinlər, nəqliyyatın da hərəkətində fasiləsizlik yaranmasın. Bu cür məsələləri də həll etməyin ən yaxşı üsulu düyməli işıqforlardır”.

Ekspertin bildirdiyinə görə, “sifarişli” işıqforların özəlliyi odur ki, piyadalar ona toxunaraq siqnalı dəyişirlər. Bu zaman müəyyən müddət piyadalar üçün yaşıl işıq yanır, nəqliyyatın hərəkəti dayandırılır: “Amma növbəti piyada bunu təxminən bir dəqiqə yarımdan, iki dəqiqədən sonra təkrarlaya bilər. Yəni hər keçən piyada cihaza “sifariş” verib, nəqliyyatın hərəkətini iflic edə bilmir. Digər özəllik ondan ibarətdir ki, axşam və ya gecə saatlarında küçədə piyada olmadığı təqdirdə, məsələn, yarım saatdan sonra növbəti piyada gələcəksə, həmin müddət ərzində nəqliyyat üçün yaşıl işıq yanır. Yarım saatdan sonra piyada gəldikdə düyməni basır və keçir. Yəni piyada keçidi boş olduğu halda əbəs yerə nəqliyyatın hərəkəti dayandırılmır. Ona görə də belə düyməli işıqforların yolayrıcından kənar piyada keçidlərində olması çox yaxşıdır. Həm piyadaların təhlükəsizliyi, yəni onların yolun hərəkət hissəsini nizamla keçməsi təmin edilir, həm də nəqliyyatın hərəkətinin fasiləsizliyi təmin olunur”.

Düyməli işıqforların effektivliyi həm də piyadalardan asılıdır

Ərşad Hüseynov, həmçinin deyib ki, bəzən piyadaların qaydalara əməl etməməsinə rast gəlinir. Bu isə bəzi hallarda onların qaydaları bilməməsindən irəli gəlir:“Müşahidələr göstərir ki, bəzən işıqforun qırmızı işığında keçən piyadalar da var. Piyada intizamsızlığını müşahidə edirik. Bəzi hallar məlumatsızlıqdan da irəli gəlir”.

Mütəxəssislər onu da bildiriblər ki, piyadalar qaydaları öyrənməyə maraq göstərməli və onlara əməl etməlidirlər. Bu, düyməli işıqforların effektivliyini də artırmış olar.

Müxbir - Günel Türksoy
Fotoqraf - İlqar Cəfərov
Videoperator - Mirrəsul Cəfərov, Şövqi Əzizov
Bakıda “sifarişli” işıqforlar - Düyməni bas, yaşıl işığı yandır, yolu keç  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub