Runze Vanq: WUF13 şəhərsalma problemləri ilə bağlı ortaq həll yollarının müzakirəsi üçün vacib platformadır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) şəhərlərin qarşılaşdığı mürəkkəb problemlərin həlli üçün müxtəlif sahələrin nümayəndələri bir araya gəlib.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı ofisində proqram meneceri kimi çalışan Runze Vanq deyib.
O bildirib ki, WUF13 şəhərsalma və iqlim problemləri ilə bağlı ortaq həll yollarının müzakirəsi üçün vacib platformadır.
“Dayanıqlı şəhərlərin qurulması istiqamətində birgə fəaliyyət tədbirin əsas məqsədlərindən biridir", - deyə Runze Vanq vurğulayıb.
Müxbirlər - Göyçək Mahmudlu, Aydan Həsənli
Videooperator - Vüsal Taqiyev