İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 32 saziş imzalanıb VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Layihələrin və maliyyələşdirmə sazişlərinin imzalanması” mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 32 saziş imzalanıb.
Sazişlər dayanıqlı inkişafın təşviqi, dayanıqlığın gücləndirilməsi və yeni imkanların yaradılmasına xidmət edir. İmzalanma üzv ölkələr və beynəlxalq institutlar arasında əlifba sırası ilə həyata keçirilib.
Fotoqraf - İlkin Cavanşirov
Video - İlham Nadirov