Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Süni intellekt dövrü insandan daha böyük bilik və məsuliyyət tələb edir VİDEO

Professor: Süni intellekt dövrü insandan daha böyük bilik və məsuliyyət tələb edir VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

Süni intellektin inkişafı və rəqəmsallaşma cəmiyyətin, elmin və təhsilin qarşısında yeni imkanlarla yanaşı, mühüm sosial, etik və hüquqi çağırışlar yaradır. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə AZƏRTAC-a müsahibəsində süni intellektin cəmiyyətə təsiri, Azərbaycanda bu sahədə elmi tədqiqatların inkişaf perspektivləri, fənlərarası əməkdaşlığın əhəmiyyəti və süni intellektdən təhlükəsiz istifadənin vacibliyi məsələlərindən danışıb. Müsahibəni təqdim edirik.

– Süni intellektin inkişafı cəmiyyət qarşısında hansı sosial və etik çağırışları yaradır?

–Müasir dövrü artıq süni intellekt və rəqəmsallaşma dövrü adlandırmaq olar. Bu səbəbdən sosial, etik və elmi çağırışların böyük hissəsi məhz süni intellektin inkişafı ilə bağlıdır. O, həyatımızın bütün sahələrinə təsir göstərir. Əsas problemlərdən biri informasiyanın həddindən artıq çox olmasıdır. İnformasiya hər zaman həqiqət demək deyil. Onu təhlil etmək, doğruluğunu yoxlamaq lazımdır. Təəssüf ki, hər kəs bunu bacarmır.

Digər mühüm məsələ etik və hüquqi problemlərlə bağlıdır. Süni intellekt insanın əxlaqi dəyərlərinə təsir göstərir və yeni hüquqi suallar yaradır. Artıq əxlaq, hüquq və sosial münasibətlər bir-biri ilə daha sıx əlaqələnir. Bu proses yeni etik yanaşmalar formalaşdırır. Nəticədə nəsillər arasında da fərqli baxışlar yaranır. Gənclər yeni texnologiyalara daha tez uyğunlaşırlar, yaşlı nəsil isə bəzən bu dəyişikliklə ayaqlaşmaqda çətinlik çəkir. Buna görə də həm əxlaq, həm hüquq, həm də sosial münasibətlər baxımından yeni çağırışlarla üz-üzəyik.

– Süni intellektin sürətli inkişafı fonunda insan amilinin rolu necə dəyişəcək?

– Gələcəkdə insan intellekti ilə süni intellekt arasında daha sıx əməkdaşlıq formalaşacaq. Bu proses artıq başlayıb və gələcəkdə daha da dərinləşəcək. Müasir insan süni intellektdən istifadə etməyi bacarmalıdır.

Bu, həm yeni biliklər, həm də böyük məsuliyyət tələb edir. İnsanlar fərqli düşüncə tərzinə malik olduqları üçün bəziləri yeni şəraitə asan uyğunlaşır, bəziləri isə çətinlik yaşayır. Bu da cəmiyyətdə yeni fərqlər və ziddiyyətlər yaradır. Süni intellekt yalnız təhlükə deyil, həm də inkişaf imkanıdır. Əsas məsələ ondan düzgün istifadə etməyi bacarmaqdır. Bunun üçün insan kifayət qədər biliyə malik olmalıdır.

Bu fərqlər təkcə cəmiyyətdə deyil, elm aləmində də müşahidə olunur. Bəzi alimlər süni intellektdən yalnız istifadəçi kimi faydalanırlar, bəziləri onu elmi tədqiqatların inkişafında tətbiq edirlər, digərləri isə hələ də ənənəvi yanaşmaları üstün tuturlar. Bu isə elmin inkişafı ilə bağlı müxtəlif baxışların formalaşmasına səbəb olur.

Rəqəmsallaşma dövrü humanitar və ictimai elmlər qarşısında da yeni tələblər qoyur. Artıq yalnız fikir söyləmək kifayət etmir, elmi nəticələr əsaslandırılmalı və sübut olunmalıdır.

– Azərbaycanda süni intellekt sahəsində elmi tədqiqatların inkişafı üçün hansı istiqamətlər prioritet olmalıdır?

–Ən vacib istiqamət fənlərarası tədqiqatların inkişafıdır. Süni intellekt müxtəlif elm sahələrinin əməkdaşlığını zəruri edir. Riyaziyyat, fizika, biologiya, tarix, fəlsəfə və digər sahələr bir-birini tamamlamalıdır.

Bu gün koqnitiv elmlər, kompüter elmləri və süni intellekt bir-biri ilə sıx əlaqədə inkişaf edir. Filosoflar hesab edirlər ki, süni intellektin fəlsəfəsi ayrıca istiqamət kimi inkişaf etdirilməlidir. Bunun üçün həm filosoflar təbiət elmlərini, həm də təbiət elmləri ilə məşğul olan alimlər insan təfəkkürünü və şüurunu daha dərindən öyrənməlidirlər.

Əvvəlcə insan intellektini yaxşı başa düşməliyik ki, süni intellektin imkanlarını və məhdudiyyətlərini düzgün qiymətləndirə bilək. Çünki süni intellekti yaradan məhz insan intellektidir.

Digər vacib istiqamət beynəlxalq elmi rəqabətə qoşulmaqdır. Hazırda bu sahədə əsas tədqiqatlar ABŞ, Çin və digər inkişaf etmiş ölkələrdə aparılır. Azərbaycanda da generativ süni intellekt və digər müasir istiqamətlər üzrə tədqiqatlar gücləndirilməlidir.

Sevindirici haldır ki, son illər həm dövlət səviyyəsində, həm də AMEA-da süni intellektin inkişafına xüsusi diqqət yetirilir və hesab edirəm ki, bu istiqamətdə mühüm nəticələr əldə olunacaq.

– Süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadə üçün hansı tövsiyələri verərdiniz?

–Bu, çox məsuliyyətli məsələdir. Valideynlər tez-tez soruşurlar ki, uşaqların telefon və planşetdən istifadəsini məhdudlaşdırmaq lazımdırmı? Mən hesab edirəm ki, tam qadağa düzgün yanaşma deyil. Çünki gələcəyin dünyası məhz süni intellekt və rəqəmsal texnologiyalar üzərində qurulacaq. Əsas məsələ bu texnologiyalardan düzgün və şüurlu istifadə etməyi öyrənməkdir.

Süni intellektin verdiyi məlumatları kor-koranə qəbul etmək olmaz. Onları mütləq yoxlamaq lazımdır. Süni intellekt səhv edə bilər. Buna görə də tənqidi düşüncə ən vacib bacarıqlardan biridir.

Süni intellekt dövründə həqiqət yalnız yoxlanılmış həqiqət ola bilər. Bunun üçün riyaziyyat, biologiya, fəlsəfə və digər elm sahələri üzrə biliklər vacibdir.

Ən əsası isə odur ki, biz yalnız süni intellektdən istifadə etməklə kifayətlənməməli, öz bilik və intellektimizi də daim inkişaf etdirməliyik. Yeni dövr insandan daha geniş dünyagörüşü, daha çox bilik və daha böyük məsuliyyət tələb edir.

Süni intellektin inkişafı və rəqəmsallaşma cəmiyyətin, elmin və təhsilin qarşısında yeni imkanlarla yanaşı, mühüm sosial, etik və hüquqi çağırışlar yaradır. Bu texnologiyaların gündəlik həyata sürətlə inteqrasiyası insan amilinin rolu, informasiya təhlükəsizliyi, elmi tədqiqatların yeni istiqamətləri və məsuliyyətli istifadə prinsipləri ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Müxbir - Tünzalə Zeyvəliyeva
Videooperator - Mir Rəsul Cəfərov
Professor: Süni intellekt dövrü insandan daha böyük bilik və məsuliyyət tələb edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb