Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafı strateji hədəflərə uyğun olaraq həyata keçirilir VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafı ölkənin sosial-iqtisadi inkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illər üçün süni intellekt Strategiyasına uyğun olaraq həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyasında onlayn çıxışı zamanı söyləyib.
İdarə Heyətinin sədri bildirib ki, əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması, innovasiya ekosisteminin inkişafına verdiyi töhfə və ölkə Prezidenti tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirib.