Əqli Mülkiyyət Agentliyi ilə Avrasiya Patent Təşkilatının əməkdaşlığı çərçivəsində süni intellekt həlləri hazırlanıb VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılıb, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarıının 68-ci sessiyasında onlayn formatda çıxışı zamanı söyləyib.
“Əminəm ki, ÜƏMT çərçivəsində təcrübə mübadiləsi milli əqli mülkiyyət sistemlərinin inkişafına və rəqəmsal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək”, - deyə Agentliyin rəhbəri Kamran İmanov bildirib.
Müxbir – Gözəl Ağayeva
Fotoqraf – Azər İbrahimov
Videooperator – Ceyhun Mustafayev