Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmağın sevincini yaşayırıq VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Doğma yurda qayıtmağın sevincini yaşayırıq. Bunu sözlə ifadə etmək çətindir. Hamımız çox həyəcanlıyıq. Prezidentimizin canı sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Arzum odur ki, hər kəs öz yerinə, yurduna, doğma torpağına qayıtsın.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün Zümrüd Abbasova deyib.
“Özümə söz vermişəm ki, evimə çatanda qurban kəsəcəyəm. İnşallah, qızımın toyunu da doğma yurdumuzda edəcəyəm. Allah bütün arzuları həyata keçirsin, bizi də o arzulara çatanlardan olaq”,- deyə söyləyib.
Müxbir – Mehrac Ağasiyev
Foto – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]