Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fatimə Bədəlova: Direktor olsaydım, hər şagirdə dərsliklərlə yanaşı, maraqlı bir kitab da verərdim

Fatimə Bədəlova: Direktor olsaydım, hər şagirdə dərsliklərlə yanaşı, maraqlı bir kitab da verərdim

Bakı, 4 sentyabr AZƏRTAC

Uşaqların dünyagörüşünün formalaşmasında təhsillə yanaşı, onların mütaliəsi, maraq dairəsi və yeni biliklərə olan həvəsi də mühüm rol oynayır. Kiçik yaşlarından müxtəlif sahələrə maraq göstərən, öyrəndiklərini araşdıran uşaqlar gələcəkdə öz istiqamətlərini daha inamla müəyyənləşdirə bilirlər.

Şəmkir rayonu Şahin Əmirov adına tam orta məktəbin şagirdi 12 yaşlı Fatimə Bədəlova AZƏRTAC-a müsahibəsində xüsusi bacarıqlarından, elmə və tarixə olan marağından, əldə etdiyi uğurlardan və məktəbdə görmək istədiyi dəyişikliklərdən danışıb.

- Özün haqqında bir qədər məlumat verərdin.

- On iki yaşım var. Məktəbdə ən sevdiyim fənlər riyaziyyat, tarix və ingilis dilidir. Gələcəkdə həkim və ya hüquqşünas olmaq istəyirəm. Tarixdə baş vermiş hadisələri araşdırmağı və onlar haqqında yeni məlumatlar öyrənməyi çox sevirəm. Lakin tibbi və biologiyanı da çox sevirəm. Hazırda bu iki peşə arasında seçim etməyə çalışıram. II və III sinifdə “Hədəf” sınaqlarında təxminən 5 dəfə birinci yer tutmuşam. Keçən il, yəni 6-cı sinifdə oxuyanda “Edusınaq”larda iştirak etdim və yüksək nəticələr göstərdim. Riyaziyyat müəllimimin təşəbbüsü ilə Kenquru Riyaziyyat Olimpiadasında da iştirak etdim. Təxminən 400 şagird arasından imtahan nəticələrinə əsasən 60 şagird seçildi və mən də onların arasında oldum. Daha sonra bizə 3 ay boyunca pulsuz hazırlıq dərsləri keçirildi, sonda isə yekun imtahan oldu. İmtahanda ən yüksək nəticə göstərən 10 şagirddən biri mən oldum.

- Sənin xüsusi bacarıqların və indiyə qədər əldə etdiyin uğurlar hansılardır?

- Sosial şəbəkələrdə və ya videolarda gördüyüm məlumatları çox yaxşı yadda saxlaya bilirəm. Yaddaşımın güclü olduğunu düşünürəm. Bundan əlavə, məntiqim yaxşıdır və ingilis dilini də yaxşı bilirəm.

Sosial şəbəkələrdən də çox şey öyrənirəm. Mən 6-cı sinifdə oxumağıma baxmayaraq, bizə hələ keçirilməyən bəzi mövzuları özüm araşdırırdım. Xüsusilə tarixə böyük marağım var. Televiziyada və internetdə Sovet İttifaqı, Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi haqqında videolara baxır, əlavə məlumatlar öyrənirdim. Sinifdə də dərslərə yaxşı cavab verirəm. Buna görə müəllimlərim məni müxtəlif sınaqlara göndərirlər. Sınaqlardan qayıdarkən müəllimimiz də bizimlə birlikdə avtobusda olur və imtahanın necə keçdiyini soruşur. Adətən imtahan zamanı çətinlik çəkmirəm və stresə düşmürəm.

-Məktəb direktoru olsaydın nələri dəyişərdin?

-Məktəb direktoru olsaydım, bir yenilik edərdim. Məsələn, dərs ili başlayanda bizə dərsliklər paylanılır. Mən həmin dərsliklərlə yanaşı, hər şagirdə onun yaşına və maraq dairəsinə uyğun bir kitab da verərdim. Düşünürəm ki, bu, uşaqların kitaba olan marağını artıra bilər. Çünki bəzən uşaqlar hansı kitabı oxuyacaqlarını bilmirlər. Əgər məktəb onlara maraqlı kitablar təqdim etsə, onlar həm mütaliə vərdişi qazanar, həm də dünyagörüşlərini genişləndirərlər. Həmçinin istəyərdim ki, şagirdlər oxuduqları kitablar haqqında bir-biriləri ilə fikirlərini bölüşsünlər. Bunun üçün məktəbdə kitab müzakirələri və kiçik oxu tədbirləri təşkil edərdim.

-On il sonrakı özünə məktub yazsaydın, gələcəkdəki özünə hansı sualları verərdin?

- İlk növbədə soruşardım: “Hansı peşəni seçdin? Uşaqlıqda arzuladığın həkim, yoxsa hüquqşünas oldun? Universitetə qəbul olarkən neçə bal topladın?” Daha sonra ailəmin topladığım bala və seçdiyim peşəyə necə reaksiya verdiyini soruşardım. Universiteti bitirdikdən sonra seçdiyim peşə üzrə işləyə bildimmi? İşlədiyim kollektivdə insanlar məni sevdilərmi, yoxsa verdiyim qərarlara, qoyduğum qaydalara və etdiyim hərəkətlərə görə məni tənqid etdilər? Həmçinin özümə “İnsanlara faydalı ola bildinmi?”, “Uşaqlıqda qurduğun xəyalların nə qədəri gerçəkləşdi?”, “İndiki Fatimənin gələcəkdə olmaq istədiyi insan ola bildinmi?” kimi suallar verərdim. Bundan əlavə, indiki maraqlarımın və bacarıqlarımın gələcəkdə mənə nə dərəcədə kömək etdiyini də bilmək istərdim. Məsələn, tarixə, biologiyaya və digər fənlərə olan marağım davam etdimi? Kitab oxumağa və yeni məlumatlar öyrənməyə əvvəlki kimi həvəsli qaldımmı? Düşünürəm ki, 10 il sonrakı özümə ən maraqlı sualım elə bunlar olardı.

-Səncə, məktəbdə hansı dərslərə daha çox, hansılara isə daha az vaxt ayrılmalıdır?

-Məktəbdə bizə bir çox fənlər keçirilir və heç birindən narazı deyiləm. Hər bir fənnin öz əhəmiyyəti var və gələcəkdə bizə müəyyən şəkildə fayda verə bilər. Sadəcə, mən bəzi fənlərə digərləri ilə müqayisədə daha az maraq göstərirəm. Bunlar informatika, texnologiya və fiziki tərbiyədir. Məsələn, informatika və texnologiya dərslərinə kitabdan oxuyaraq hazırlaşıram və bacardığım qədər müəllimin suallarına cavab verməyə çalışıram. Bu fənlərə çox marağım olmasa da, onların vacib olduğunu düşünürəm və dərslərimi öyrənməyə çalışıram. Fiziki tərbiyə dərsində isə özümü digər fənlərdəki qədər yaxşı hiss etmirəm. Düşünürəm ki, fiziki tərbiyə də sağlamlıq üçün vacibdir, amma mənim üçün həftədə iki dəfə keçirilməsi bir qədər çoxdur. Məncə, həftədə bir dəfə keçirilsə, mənə daha uyğun olardı. Hesab edirəm ki, məktəbdə bütün fənlərə müəyyən vaxt ayrılması vacibdir. Çünki yalnız sevdiyimiz və yaxşı olduğumuz fənləri deyil, digər sahələri də öyrənmək bizim dünyagörüşümüzü genişləndirir.

Müxbir - Tünzalə Arazlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədən sonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Türk professor: Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Uşaqlarda mütaliə vərdişi ibtidai siniflərdən etibarən formalaşdırılmalıdır – təhsil eksperti

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır – Ekspert rəyi

“Real Madrid” iştirak ərizəsini açıqlayıb, fransalı futbolçu heyətdən kənarda qalıb

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ  VİDEO

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ VİDEO

PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazananlara şəhadətnamələrin verilməsinə başlanıb

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO