Nazir: Son 25 ildə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Son 25 ildə ölkə üzrə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir olunub. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Hazırda 41 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir, 125 müəssisədə isə layihələndirmə işləri aparılır.
İşğaldan azad edilmiş ərazilərdə 11 təhsil müəssisəsində təmir-tikinti işləri davam etdirilir, 22 müəssisədə isə layihələndirmə və hazırlıq işləri aparılır.
Müxbir - Nərmin Muradzadə
Fotoqraf - Azər İbrahimov
Videooperator - Şövqi Əzizov