Bu il 356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu il 356 mindən çox məzun ilk dəfə attestat və diplomunu “myGov” vasitəsilə elektron formada alıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, ilk dəfə olaraq təhsil haqqında dövlət sənədləri ölkə üzrə elektron formada təqdim olunur.
Qeyd edilib ki, sənədlər “myGov” platforması vasitəsilə vətəndaşlara təqdim edilir. Bu yenilik ümumi təhsil məzunlarının attestatlarını və ali təhsil diplomlarını əhatə edir.
Müxbir - Nərmin Muradzadə
Fotoqraf - Azər İbrahimov
Videooperator - Şövqi Əzizov