Azərbaycan Dövlət İnformasiya Agentliyi

Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci – Şükürbəylidə Bilik Günü sevinci VİDEO

Cəbrayıl, 15 sentyabr, AZƏRTAC

Otuz üç ildən sonra Şükürbəyli kənd tam orta məktəbinin sinif otaqlarından yenidən uşaq səsləri eşidilməyə başlayıb. Məktəbin fəaliyyətə bərpası ən çox şagird və müəllimləri sevindirib. Onların sevincində doğma yurda qayıdışın qüruru, illərlə yarımçıq qalan arzuların gerçəkləşməsi və yeni başlanğıcın həyəcanı hiss olunur.

AZƏRTAC-ın bölgə müxbiri məktəbin şagird və müəllimləri ilə həmsöhbət olub, onların sevinc dolu anlarına şahidlik edib.

Onuncu sinif şagirdi Fəridə Vəliyeva Bilik Gününə doğma ata-baba yurdunda başladığı üçün qürur hissi keçirdiyini deyir. O, valideynlərinin yarımçıq qalan məktəb xatirələrinin bu gün onun həyatında davam etdiyini bildirir: “Bu il 10-cu sinfə ata-baba yurdumda getdiyim üçün çox sevincliyəm. Bilik Gününün sevinci ilə yanaşı, bu anı doğma Cəbrayılımızda, Şükürbəylimizdə qeyd edirik. Çox böyük qürur hissidir, belə Vətənimiz var, kəndimiz var. Hər kəs öz doğma yurduna qayıtdığı üçün çox xoşbəxtdir. İllər əvvəl bizim valideynlərimiz buranın şagirdi olublar, amma onlar üçün son zəng çalınmamışdı. Bu gün çox böyük şərəf duyuram ki, valideynlərimin yarım qalan arzularını davam etdirirəm və iki ildən sonra bu məktəbin məzunu olacağam”.

Doqquzuncu sinif şagirdi Eşqin Mehdixanlı üçün də bu gün xüsusi əhəmiyyət daşıyır. 15 yaşlı şagird ata-baba yurdunda təhsil almağın böyük qürur olduğunu deyir: “15 yaşım var və 9-cu sinfə Şükürbəylidə, öz ata-baba yurdumda gedirəm. Çox qürurluyam. Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayıram. Onların sayəsində doğma torpaqlarımıza qovuşmuşuq”.

Özkan Əlizadənin hekayəsində isə qayıdışın başqa bir mənası var. O, vaxtilə atasının məcburi köçkün düşdüyü yaşda doğma yurda qayıdıb. İndi isə atasının yarımçıq qalan məktəb xatirələrini burada davam etdirir: “Bir vaxtlar atamın məcburi köçkün düşdüyü yaşda yurdumuza qayıtmışam. Ali Baş Komandana təşəkkür edirik. Onun sayəsində yurdumuza qayıtdıq. Mənim atam məcburi köçkün düşəndə 8-ci sinif şagirdi olub. İndi mən onun yaşında Şükürbəylidə tədris ilinə başlayıram. Onun yarım qalan xatirələrini mən davam etdirəcəyəm və bu, mənim üçün çox qürurvericidir”.

Səkkizinci sinif şagirdi Fatimə Əhmədova da doğma yurdda təhsil almağın sevincini yaşayır: “Doğma Cəbrayılımıza, Şükürbəylimizdə qovuşduğumuz üçün özümü çox xoşbəxt hiss edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində həsrət bitib, doğma Cəbrayılımıza, ata-baba yurdumuza qayıtmışıq. Burada təhsilimi davam etdirəcəyəm. İndi 8-ci sinfə başlayıram və bu məktəbdən məzun olacağım üçün çox sevinirəm”.

Şükürbəylidə bu günün sevincini yaşayanlar yalnız şagirdlər deyil. Bir vaxtlar bu məktəbin şagirdi kimi kənddən ayrılan Zərifə Məmmədova illər sonra doğma elinə müəllim kimi qayıdıb. Onun üçün bu qayıdış həm şəxsi həyatının, həm də məktəb tarixinin mühüm səhifəsidir: “Mən Şükürbəylidə doğulub boya-başa çatmışam. Bu məktəbi bitirmişəm. Ali təhsil aldıqdan sonra Cəbrayılın digər bir kəndində müəllim olaraq çalışdım. Lakin işğal illəri bizi öz yurdumuzdan ayrı saldı. Nəhayət ki, həsrət bitib, Şükürbəylimizə qayıtmışıq. Mənim üçün daha qürurvericidir ki, bu kəndə müəllim olaraq gəlmişəm və ilk tədris gününə başlayırıq. Burada şagirdlərin demək olar, əksəriyyətinin valideynləri Şükürbəylidən məcburi köçkün düşəndə onlar yaşda idilər. Bir zamanlar arzuları yarım qalan şagirdlərin indi övladları onların arzu və xəyallarını davam etdirirlər”.

Zoya Abdullayeva da doğma məktəbinə müəllim kimi qayıdıb. O, 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşərkən məktəbli olduğunu, illər sonra isə Şükürbəyliyə müəllim kimi döndüyünü bildirir: “1993-cü il bizlər üçün çox ağrılı bir an oldu. Doğma elimizdən məcburi köçkün düşdük. O vaxt da bizim üçün son zəng çalınmışdı və yeni tədris ilinə sayılı günlər qalmışdı. Amma Cəbrayıl işğal edildi və biz təhsilimizi ölkəmizin müxtəlif bölgələrində davam etdirməli olduq. Artıq Şükürbəyliyə qayıtmışıq və burada müəllim olaraq ilk tədris ilinin zəngini eşitmək mənə qürur verdi. Məktəbdə çox gözəl şərait yaradılıb və şagirdlərimizin gələcəyi üçün böyük imkanlar var”.

Beləliklə, 33 ildən sonra Şükürbəyli məktəbində ilk dərs günü təkcə yeni tədris ilinin başlanğıcı deyil, həm də yarımçıq qalan xatirələrin və arzuların davam etdiyi günə çevrildi. Bir vaxtlar məktəbdən ayrılmağa məcbur olan şagirdlər bu gün müəllim kimi doğma kəndlərinə qayıdır, valideynlərin vaxtilə yarımçıq qalan arzularını isə indi övladları davam etdirirlər.

Müxbir-Aydın Yavərzadə

Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci –  Şükürbəylidə Bilik Günü sevinci  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib