Tone Kajzer: Azərbaycan və Ermənistanın sülh yolu ilə irəliləməsi bütün region üçün yaxşı nümunədir VİDEO
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin dialoq yolu ilə həlli istiqamətində əldə olunan nəticələr bütün region üçün yaxşı nümunədir.
Bunu AZƏRTAC-a açıqlamasında Sloveniyanın xarici və Avropa məsələləri naziri Tone Kajzer deyib.
“Azərbaycan və Ermənistanın uzunmüddətli münaqişənin həlli istiqamətində əldə etdiyi nəticələri alqışlayıram. ABŞ və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu proses göstərir ki, dialoq vasitəsilə həll yolu tapmaq mümkündür”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin dialoqla əvəz olunması hər iki ölkənin xalqına fayda gətirir.
“Sülh və təhlükəsizlik olduğu zaman iqtisadi inkişaf və rifah üçün də imkanlar yaranır. Azərbaycan və Ermənistanın dialoq və sülh yolu ilə irəliləməsi bütün region üçün yaxşı nümunədir”, – deyə nazir bildirib.