Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır VİDEO
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəlif təcrübəyə və baxışlara malik insanları bir araya gətirərək qlobal dialoqun inkişafına mühüm töhfə verir.
Bunu AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib. O bildirib ki, Mərkəzin təsiri onun müxtəlif təcrübəyə və fərqli baxışlara malik şəxsləri və qurumları ortaq məqsəd ətrafında birləşdirə bilməsindədir.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanın gücləndirilməsinə, müxtəlif məsələlər üzrə yeni ideyaların irəli sürülməsinə və gələcək üçün yeni imkanların açılmasına şərait yaradır. Mən də bu tədbirlərdə mütəmadi iştirak edirəm. Çünki qlobal çağırışları həll etmək istəyiriksə, qlobal dialoqa ehtiyacımız var”, – deyə Şarl Mişel vurğulayıb.