Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmüşdür VİDEO
Davos, 22 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.