“Azərbaycan Hava Yolları-AZAL” QSC Bakı-Pekin-Bakı aviareysi üzrə uçuşların sayını artırır VİDEO
Pekin, 13 fevral (AZƏRTAC). Fevralın 16-dan etibarən “Azərbaycan Hava Yolları-AZAL” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Pekin-Bakı aviareysi üzrə birbaşa uçuşların sayını artıraraq həftədə 3 dəfə edəcəkdir. Bu barədə səhmdar cəmiyyətin Pekindəki nümayəndəliyindən məlumat vermişlər.
Uçuşlar həftənin çərşənbə axşamı, cümə və bazar günləri yerli vaxtla 19:20-də Bakıdan, çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerli vaxtla 01:00-da Pekindən reallaşacaqdır. Bu istiqamətdə uçuşlar Airbus A340-500 tipli müasir və komfortlu təyyarə ilə həyata keçiriləcəkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]