59 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil olunub.
Dövlət Agentliyinin sədri görüş iştirakçılarına təbriklərini çatdırıb, tövsiyələrini verib.
Tədbirdə ASAN könüllülərinin 2023-cü il ərzindəki fəaliyyətinə dair videoçarx izlənilib.
Sonra il ərzində fəallığı ilə seçilən 59 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim edilib.