Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda möhtəşəm Gül bayramı VİDEO

Bakı, 10 may (AZƏRTAC). Bəşəriyyətin yaşı insan varlığının mübarizə tarixidir. Bu müqəddəs mübarizədə müdrik insanlar, mütəfəkkirlər cəmiyyətin tərəqqi və inkişaf yolunun böyük bələdçiləri olurlar. Onlar istər elmdə, istər azadlıq mücadiləsində, istərsə də dövlət idarəçiliyində öz zəka və istedadlarını, bilik və bacarıqlarını, bir sözlə, intellektual potensiallarını doğma xalqlarının inkişafına yönəltməklə bəşəriyyətin tərəqqisinə xidmət edirlər. Azərbaycan xalqının dahi oğlu, müdrik dövlət xadimi Heydər Əliyev də məhz tarixin yetişdirdiyi belə nadir şəxsiyyətlərdəndir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 10-da Bakıda Ulu Öndərin adını daşıyan sarayın qarşısındakı parkda və şəhər Mərkəzi Parkında ənənəvi Gül bayramı təşkil edilmişdir.

Bakı sakinlərinin sevimli istirahət məkanı rəngarəng güllərə qərq olmuşdu. Bu günəşli may günündə parklar boyunca paytaxt sakinlərini bayrama dəvət edən klassik musiqilərimiz səslənirdi.

Səhər tezdən başlayaraq paytaxtımızın sakinləri, eləcə də şəhərimizin qonaqları gül-çiçəklə bəzədilmiş parklarda rəmzi pavilyonları gəzir, burada xatirə şəkilləri çəkdirirlər. Onların sırasında hər yaşdan və müxtəlif millətlərdən olan insanları görmək mümkündür.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda parkın girişinə çiçəklərlə bəzədilmiş İçərişəhərin Qala qapıları formasında tağlar nağıllar və gözəllik aləmini xatırladırdı.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.

Çiçək və bitkilərdən, yarpaqlardan hazırlanmış çox sadə, eyni zamanda, orijinal kompozisiyalar görünüşü ilə ziyarətçilərdə xoş ovqat yaradırdı. Müxtəlif ikebanalar, rəngarəng pannolar və peyzajlar, şagirdlərin əlləri ilə yığılmış buketlər, gül səbətləri, dekorativ bitkilərdən hazırlanmış dövlət rəmzləri, eksponatlar bayrama gələnlərin diqqətini cəlb edirdi.

Gül bayramında paytaxtın təhsil müəssisələrinin hazırladıqları çoxsaylı əl işləri açıq havada təşkil edilmiş əsrarəngiz gül sərgisini xatırladırdı. Uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar, applikasiyalar Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini daha çox cəlb edirdi.

Parkdakı fəvvarələr güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları arasında nağıl qəhrəmanımız Cırtdanın obrazı, ördək və qaz fiqurları xüsusi maraq doğururdu. Burada müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdu.

Hər bir işdə dahi şəxsiyyətə böyük sevgi öz əksini tapmışdı. Buraya toplaşanları Azərbaycanı çiçəklənən diyara çevirmiş ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə dərin ehtiram birləşdirirdi.

Valideynləri ilə parklara gəlmiş uşaqların sevincinin həddi-hüdudu yox idi.

Parklardakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa vadar edirdi. Maraqlı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu məkanlarda heç nə bir-birini təkrarlamırdı.

Müxtəlif əl işlərinin fonunda Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar da sakinlər tərəfindən maraqla qarşılanmışdır.

Bu ürəkaçan mənzərəni seyr edərkən bir daha əmin olursan ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və məhəbbətlə xatırlanır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldığı parkda gül bayramının təşkil edilməsi dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahəti baxımından da gözəl addımdır. Parklardakı al-əlvan gül-çiçək çələnglərinə tamaşa edərkən bir daha bu bayramın Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsi olduğunu hiss edirsən. Bu gün Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirilmişdir.

Şəhər sakini Famil Əbilov deyir: “Bayrama ailə üzvlərimlə gəlmişəm. Park boyu sərgilənmiş gül kompozisiyaları, onlardan hörülmüş fiqurlar, dünyanın fərqli yerlərindən paytaxta gətirilmiş nadir çiçəklər və bitkilər, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri hamı kimi, məni də heyran edir. Bu xoşbəxtliyi bizə Ulu Öndər bəxş etmişdir. Əgər bu gün biz küçələrdə sərbəst gəziriksə, ev-eşiyimizdən arxayınıqsa, cəbhələrdən maşın-maşın tabut gəlmirsə buna görə millətimizin bəxtinə düşən dahi siyasi xadim Heydər Əliyevə borcluyuq”.

Digər paytaxt sakini Rüfət Rəcəbov isə bu bayramın dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə ümumxalq ehtiramının təntənəsi olduğunu bildirərək deyir: “Hər il məhz bu günü səbirsizliklə gözləyirik. Çünki hər il Gül bayramının ümumxalq təntənəsi ilə qeyd edilməsi ölkəmizin inkişafını, paytaxtımızın getdikcə gözəlləşməsini göstərməklə yanaşı, insanların qəlbində əsl bahar ovqatı yaradır”.

Bir sözlə, bugünkü Gül bayramı şəhər sakinlərinin ürəyində xoş duyğular oyadırdı. Bura gələnlər sanki güllərin sehrinə düşürdülər. Bu möhtəşəm bayramda ən çox diqqəti cəlb edən isə Azərbaycan xəritəsinin fonunda dünya şöhrətli siyasi xadim Heydər Əliyevin güllərlə işlənmiş portreti idi. Portretdən Ulu Öndərimizin xalqımızı daha xoşbəxt gələcəyə aparan inkişaf yolumuzu işıqlandıran nurlu çöhrəsi boylanır.

Bakıda möhtəşəm Gül bayramı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər