7000 NƏFƏR KOSMİK GƏMİ İLƏ SƏYAHƏTƏ ÇIXMAQ ARZUSUNDADIR
İngiltərəli milyarder Riçard Branson bu səyahəti həyata keçirmək məqsədi ilə Virjin Qalatika layihəsinə 87 milyon avro sərmayə qoymuşdur. Səyahət üçün kosmik gəmilərdən istifadə etmək istəyən milyarder hələlik bu işə 20 milyon avro xərcləmişdir.
Layihəsini 2008-ci ildə həyata keçirməyə çalışan R.Branson ailəsinin bir neçə üzvü, o cümlədən 86 yaşlı atası ilə kosmik fəzaya birinci səyahət etmək istəyənlərlə birlikdə səfərə çıxmaq niyyətindədir.