ELM VƏ TƏHSİL
83 nömrəli məktəb-lisey məzunlarını yola salıb
Bakı, 14 iyun, AZƏRTAC
Bakı şəhəri 83 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, müəllim və şagirdlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından və həyata keçirilən tədbirlərdən danışıb. 2021-2022-ci tədris ilinin yaddaqalan məqamlarını diqqətə çatdıran Muxtar Məmmədov çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
“Son zəng” şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.