Ölkəmiz "Top Resa 2015" beynəlxalq turizm sərgisində təmsil olunacaq VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabr 29 - dan oktyabrın 2-dək Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi açılacaq.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizə məxsus milli stend quraşdırılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Həmçinin sərgidə turizm şirkətləri- "Geo Travel", "Gilan Tourism", "SW travel" təmsil olunacaqlar.
Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.
2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 159 ölkədən 1800-ə yaxın şirkət təmsil olunmuşdur.