Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib VİDEO
Nyu-York, 27 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 26-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
İclasda regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, üzv dövlətlərin namizədliklərinin qarşılıqlı dəstəklənməsi, təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York