Saat 15.00-a olan məlumata görə respublika üzrə seçici fəallığı 42,9 faizdir VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Saat 15.00-a olan məlumata görə, respublika üzrə 2 milyon 230 min 750 seçici səs verib.
“Seçkilər” İnformasiya Mərkəzində səsvermənin gedişi ilə bağlı keçirilən mətbuat konfransında qurumun direktoru Rüfət Gülməmmədov bildirib ki, ölkə üzrə seçici fəallığı 42,9 faizdir.