Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.