Azərbaycanın şimal bölgəsinin dağlıq ərazilərinə qar yağır VİDEO
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, bölgəyə qar martın 15-i axşam saatlarından yağmağa başlayıb. Ən çox yağıntı Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 19 santimetrə çatır. Xınalıqda 6, Qırızda 5, Xızının Altıağac qəsəbəsində 16, Qusarın Ləzə kəndində isə 15 santimetr qar yağıb. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək düşüb.