Azərbaycan Dövlət İnformasiya Agentliyi

98 il sonra - 7 iyul 1923-dən 7 iyul 2021-ci ilə...

98 il sonra - 7 iyul 1923-dən 7 iyul 2021-ci ilə...

Müzəffər Ali Baş Komandan bir əsrlik tarixi ədalətsizliyi aradan qaldırdı: artıq “Dağlıq Qarabağ” yoxdur, Şərqi Zəngəzur və Qarabağ var!

Bakı, 7 iyul, AZƏRTAC

Faktlar və reallıqlar təsdiqləyir ki, tarixin ədalətin bərpası, ictimai-siyasi yaddaşın yenilənməsi, əsas etibarilə, milli köklərə, mənəvi dəyərlərə bağlı olan, uzaqgörən lider fenomenindən, xalq-lider vəhdətindən asılıdır. Bunun bir çox nümunələri tariximizin müxtəlif qatlarında və səhifələrində əks olunub - özünə yer tapıb, milli hafizəmizin silinməz izlərinə çevrilib.

Bu fikirlər YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin “98 il sonra - 7 iyul 1923-dən 7 iyul 2021-ci ilə...” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Yüzilliklərə hesablanmış planların iflası

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, xalqımızın qürur və ləyaqətinin bərpası, milli mənəviyyatımızın yenilənməsi, dövlətin gücləndirilməsi, dövlətçiliyin möhkəmləndirilməsi ilə əlamətdar olan İkinci Qarabağ - Vətən müharibəsi bu baxımdan bənzərsiz nümunə və hadisədir.

Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti - tarixi şəraiti dəyişdirdi. Burada söhbət təkcə yeni əməkdaşlıq və təhlükəsizlik mühitinin yaradılmasından getmir. Eyni zamanda, Azərbaycan ermənilərdən istifadə edən böyük güclərin gələcəyə (onilliklərə, hətta yüzilliklərə) hesablanmış planlarını iflasa uğratdı - haqsızlığı ədalətlə bərpa etdi.

Prezident İlham Əliyev yarım əsr irəliyə baxdığını qeyd edir. Onun 50 il öncəni görən bu strateji baxışı nəticəsində qazanılan Qələbə Azərbaycanın 100 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib.

Problemin tarixi kökləri

Əvvəlcə tarixi faktlara diqqət yetirək.

Məlumdur ki, 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolunda “Dağlıq Qarabağ” ifadəsi yer almışdı. Eyni zamanda, bunun əsasında süni bölgü aparılmış, 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.

1980-ci illərin əvvəllərindən isə Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edən SSRİ rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu hərəkətə keçdi. Məqsəd Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi idi. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul etdi və muxtariyyətin səlahiyyətlərində yeniliklər edildi. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu bu qanunla müəyyənləşib. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. 1989-cu ilin noyabr ayında isə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyət statusunun ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar verdi. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqladı. Paralel olaraq 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olundu. Həmin qanuna əsasən “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayıldı.

Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv olundu və ölkəmizin ərazisində belə inzibati strukturun olmadığı bəyan edildi.

Ümummilli Lider Heydər Əliyev 10 noyabr 1999-cu il tarixli çıxışında qeyd etmişdi ki, 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bəla olub: “Muxtariyyət Azərbaycanın içinə qoyulmuş bombadır, nə vaxtsa partlamalı idi”.

Son nöqtə və ya bütün spekulyasiyalara son!

İstər münaqişə dövründə, istərsə də postmünaqişə mərhələsində ermənilər bu məsələni spekulyasiya mövzusuna çeviriblər. Onlar 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması məsələsindən müxtəlif platformalarda və fərqli məqsədlər naminə istifadə etməyə cəhd göstəriblər. Amma…

Son nöqtəni Azərbaycan Prezidenti qoydu! Başqa sözlə, Prezident İlham Əliyev həmin hadisədən 98 il sonra - ötən ilin bu günü, 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalamaqla bütün spekulyasiyalara son qoydu. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırıldı. Ən əsası, respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edildi. İqtisadi rayonların yeni bölgüsünə əsasən Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonu yaradıldı. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonuna aid olundu.

Süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi!

Beləliklə, tarixi ədalətsizlik tamamilə aradan qaldırıldı. “Dağlıq” sözünün çıxarılması, bölgüdə “Qarabağ iqtisadi rayonu” ifadəsinin yer alması ilə süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi və Azərbaycanın suverenliyi təsbit edildi.

Yeni təsnifat Azərbaycanın 44 günlük müharibədə mütləq qələbə qazanmasından sonra yaranmış reallıqlara uyğundur. Və göründüyü kimi, iqtisadi rayonların yeni bölgüsü yalnız iqtisadi önəm daşımır, həm də mühüm tarixi və siyasi-strateji əhəmiyyətə malikdir.

Siyasi qərarın mənəvi, ideoloji və iqtisadi əhəmiyyəti: yeni imkanlar və perspektivlər

Yeni bölgü Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna önəm daşıyır. Bəllidir ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir. Həmin ərazilər təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Vahid proqram əsasında reallaşdırılacaq layihələr Azərbaycanın iqtisadi imkanlarını artıracaq. Məqsədyönlü fəaliyyət, eyni zamanda, sözügedən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirəcək, bütün ölkə üzrə iqtisadi rayonlar arasında əlaqələrin intensivləşməsini təmin edəcək. Fərmanda qeyd edildiyi kimi, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Nə “Dağlıq Qarabağ”, nə də status…

Beləliklə, bu gün “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və ya əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. Ona görə də nə status, nə də status-kvo mövcuddur və bundan sonra da ola bilməz.

Azərbaycanın yeni yaratdığı reallıq fonunda beynəlxalq ictimaiyyətin də məsələyə yanaşması dəyişib. Bir vaxtlar qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ anlayışının əvvəlinə yamaq edilmiş “Dağlıq” sözü var. Görünən budur ki, Azərbaycanın haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda və siyasi-hüquqi müstəvidə qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 1923-cü il iyulun 7-də - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 2021-ci iyulun 7-də Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı”.

Şərqi Zəngəzurdan Qərbi Zəngəzura...

Tarixi yaddaşın bərpası, tarixi ədalətsizliyin aradan qaldırılması gələcək strateji hədəflərə çatmaq baxımından da əlamətdar və əhəmiyyətlidir. Şübhəsiz, Şərqi Zəngəzurun öncə azad, sonra isə abad edilməsi ilə proses başa çatmayacaq, bu yol soydaşlarımızı Qərbi Zəngəzura da aparacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji qatlarını yeniləməkdən keçir. Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır.

Regionun gələcəyi Azərbaycanın dövlətçilik marşrutundadır

Beləliklə, 2021-ci ilin 7 iyul tarixli Fərmanı ilə 1923-cü ilin 7 iyul tarixli qərarının üstündən xətt çəkən - 98 il sonra tarixi ədalətsizliyi aradan qaldıran - ədaləti bərpa edən İlham Əliyev Azərbaycanın 100 il sonraya hədəflənmiş milli məqsədləri - strateji vəzifələri üçün tarixi yol inşa edib. Nəinki Azərbaycanın, bütöv regionun gələcəyi məhz bu yolda - qalib Azərbaycanın dövlətçilik marşrutundadır. Zəngəzur dəhlizində, Şərqi Zəngəzurdan dünyaya açılan yolda..!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq