Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi keçirilib. Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.

Samir Qurbanov “PMD Hospitality”nin idarəçiliyində olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və “ABAD”çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.

“ABAD”ın 6 illik fəaliyyəti barədə məlumat verən Rüfət Elçiyev iqtisadi rayonlar üzrə “ABAD”çıların sayının 534 nəfər olduğunu, onların indiyədək əldə etdiyi gəlirin 6.3 milyon, ümumi dövriyyənin 7.2 milyon manat olduğunu qeyd edib.

Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

Sonra “ABAD” publik hüquqi şəxs və “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.

“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.

 

 

 

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Azərbaycan Xartiyası müdafiə və enerji sahəsində yeni imkanlar açır - ŞƏRH

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir – TƏHLİL

Nəriman Axundzadənin ilk məşqçisi: İnanıram ki, ABŞ klubunda da özünü yaxşı tərəfdən göstərəcək

DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

“Ford Motor” tarixində ən böyük rüblük zərərini açıqlayıb

Murad Hüseynov: 2025-ci ildə bədii kollektivlər üçün 56 müxtəlif adda 107 ədəd musiqi aləti sifariş olunub

Ukraynanın kritik infrastrukturuna zərbələrdən ən çox hamilə qadınlar və körpələr təsirlənir

Gürcüstan mediası Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə görüşünü geniş işıqlandırıb

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Samir Məmmədov: Azərbaycan süni intellekt sahəsində regionda lider mövqeyini gücləndirir

Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb

Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var

Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar VİDEO

Nərimanov rayonunda quldurluq edən və avtomobil qaçıran şəxslər saxlanılıblar VİDEO

Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb

Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub – ŞƏRH

İRİA: Azərbaycanın rəqəmsal məhsullarının Afrikanın 18 ölkəsinə ixracı ilə bağlı danışıqlar aparılır

ABŞ-da terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb

Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib

® “Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir

Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıb

Naxçıvanda fevral ayının pensiyaları ödənilib

Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO

Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO

“Arsenal” transfer bazarında ən çox pul itirən klub olub

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib

TÜBİSAD sədri: Türkiyə və Azərbaycan texnologiya sahəsində birgə ekosistem yaratmalıdır

Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlanıb

BDU-da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri

Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlər sırasındadır VİDEO

Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlər sırasındadır VİDEO

DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırır VİDEO

DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırır VİDEO

UNICEF: Dünyada 200 milyondan çox uşaq humanitar yardıma möhtacdır

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb VİDEO

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb VİDEO

Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb VİDEO

Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb VİDEO

Nazir müavini: Azərbaycanda kağızsız hökumət modelinə keçid il ərzində 5700 ağacın kəsilməsinin qarşısını alır

Mədəniyyət naziri: Mədəniyyət müəssisələrinə ziyarətçi sayında müsbət artım dinamikası müşahidə olunur

Səfir: Türkiyə-Azərbaycan münasibətləri Cənubi Qafqazda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır

“Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb

Bakıda keçirilən məhkəmə prosesi münaqişələrin ədalətli həlli baxımından nümunədir- ŞƏRH

Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur

Nazirlik: Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçirilir

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

Naxçıvan Sənaye Parkının təqdim etdiyi biznes imkanları sahibkarların diqqətinə çatdırılıb

Nazir müavini: Azərbaycan və Türkiyə arasında elektron imzaların tanınması başa çatdırılıb

Salyanda mikroavtobusla minik avtomobili toqquşub VİDEO

Salyanda mikroavtobusla minik avtomobili toqquşub VİDEO

Adil Kərimli: Mədəniyyət günləri ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir VİDEO

Adil Kərimli: Mədəniyyət günləri ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir VİDEO

Bakıda Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir VİDEO

Bakıda Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir VİDEO

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında və Ağsu aşırımında gücləndirilmiş rejimdə xidmət aparılır

BMT artan qlobal sosial gərginlik və bərabərsizliklə bağlı xəbərdarlıq edib

Birol Akgün: Azərbaycan–Türkiyə strateji müttəfiqliyi iqtisadi və texnoloji əməkdaşlığı yeni mərhələyə daşıyır

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final başlayır

Adil Kərimli: "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası görüləcək işlərin zəruriliyini əsaslandıracaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 dekabr tarixli 451 nömrəli və 2025-ci il 28 iyul tarixli 223 nömrəli qərarlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Qərb bölgəsində qarlı hava: Daşkəsən-Gəncə yolunda hərəkət təmin olunur

Ötən gün 58 cinayətin açılması təmin edilib

“Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı çap edilib

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib

NBA: Türkiyəli basketbolçunun komandası 3-cü pilləyə yüksəlib

“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Türkiyə mediasının diqqət mərkəzində olub

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanla bağlı yeni nəşrlər Özbəkistanda kitabxana fondlarını zənginləşdirir

Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür

Keşikçidağdan Həzrət Sultana: Tarixi irsin öyrənilməsində yeni əməkdaşlıq mərhələsi

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir VİDEO

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir VİDEO

Çin yeni nəsil daşıyıcı raketi sınaqdan keçirib

Bakı–Şamaxı–Yevlax yolunda buzlaşmaya görə sürücülərə xəbərdarlıq edilib VİDEO

Bakı–Şamaxı–Yevlax yolunda buzlaşmaya görə sürücülərə xəbərdarlıq edilib VİDEO

Bakının bəzi yollarında sıxlıq yaranıb

Aİ “Google” şirkətinin başqa müəssisəni almasına razılıq verib

Kanadada atışmada 8 nəfər ölüb

Kuba əhalisi kömür ehtiyatı toplayır

"Napoli" İtaliya Kubokunda mübarizəni dayandırıb

Fransada şərab ixracı azalıb

Finlandiyada Dünya Türk Dilləri Ailəsi Gününə həsr olunmuş tədbir keçirilib

Premyer Liqa: "Çelsi" xal itirib, "Nyukasl" "Tottenhem"ə qalib gəlib

Avropa İttifaqında enerji qiymətləri müzakirəyə çıxarılacaq

Avropada “dron divarı” ideyası yenidən gündəlikdədir

Türkiyə hökumətinin tərkibində dəyişiklik edilib

Fransanın daxili işlər naziri narkotik mafiyasının seçkilərə mümkün müdaxiləsindən narahatdır

“Boeing” yanvarda müştərilərə 46 təyyarə çatdırıb

Buzlaqların sürətlə əriməsi Tacikistanda su risklərini artırır

Laçın-Şuşa yolunda qaçan cüyürlər maraq doğurub VİDEO

Laçın-Şuşa yolunda qaçan cüyürlər maraq doğurub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər  FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər FOTOLAR YENİLƏNİB VİDEO

Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?

“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək ŞƏRH

ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək

ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb

Aprel ayında “ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib  YENİLƏNİB VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir

Ukraynanın Xarkov vilayətində enerji sektorunda fövqəladə vəziyyət elan edilib

Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb