ANAMA Suqovuşan qəsəbəsində keçmiş erməni blokpostunun ərazisində ağ fosfor mərmiləri aşkarlayıb
AzerTAg.az
Bakı, 25 dekabr, AZƏRTAC
Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 millimetrlik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
ANAMA-nın məlumatında qeyd olunub ki, bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur.
Xatırladaq ki, işğalçı Ermənistan silahlı qüvvələri Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərini dəfələrlə kobud şəkildə pozaraq, qadağan edilmiş silahlardan istifadə edib, həmçinin dinc əhalini və yaşayış məntəqələrini atəşə tutub.



Xəbərin mətnində orfoqrafik səhv var