Ağdam rayonunda çiyid səpini başa çatmaq üzrədir
Ağdam, 27 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayon ərazisində 2223,3 hektar sahədə çiyid səpilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Ağdam pambıqçıları artıq 2201,3 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 215 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur. Hazırda pambıq sahələrində səpinlə yanaşı, seyrəltmə və kultivasiya işləri də aparılır.
Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
- 19.09.2026 [21:37]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:27]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [21:25]
Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır
- 19.09.2026 [21:22]
Sürücülərin nəzərinə
- 19.09.2026 [21:16]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
- 19.09.2026 [21:06]