Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Ziya Bünyadovun həyat və fəaliyyəti zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir

Akademik Ziya Bünyadovun həyat və fəaliyyəti zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də dünya şöhrətli şərqşünas alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun anadan olmasının 95 ili tamam olur.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevanın görkəmli alimlə bağlı məqaləsini təqdim edir.

Məqalədə bildirilir ki, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, dünya şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri akademik Ziya Bünyadovun həyat və yaradıcılığı parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. Z.Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqlənirdi.

Z.Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırıb. Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. O, iki dəfə yaralanıb və kontuziya alıb. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpasında fəal iştirak edib. Z.Bünyadov 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. Tələbəlik illərində görkəmli sovet ərəbşünası, professor Y.Belyayev onun müəllimi olub. Böyük şərqşünasla yaxınlıq Z.Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynayıb. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə başa çatdıraraq uğurla müdafiə edib.

Z.Bünyadov 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilib. O, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin müəllimi olub. Alim 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb - G.B) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib.

Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edib və 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı verib.1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunan ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunub, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb.

Z.Bünyadov 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1970-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)” jurnalının baş redaktoru təyin olunub.

1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuqlar dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı - XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilib. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilib. Z.Bünyadov monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət daşıyan əsaslı elmi nəticələr əldə edib, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə verib.

Görkəmli alimin “Azərbaycan Atabəylər dövləti” əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğuna görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.

1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilib.1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Z.Bünyadov Şərqşünaslıq İnstitutunun şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləyib.1986-cı ildə Moskvada “Nauka” nəşriyyatı tərəfindən alimin “Xarəzmşahlar-Anuştəginlər dövləti 1097-1231-ci illər” monoqrafiyası nəşr olunub.

1988-ci ilin mayında Z.Bünyadov Aral dənizinin xilasetmə komitəsinin tərkibinə daxil edilib. Həmin ildə Urgənc (Xarəzm) şəhərinin 340 illiyinin bayram edilməsi ilə əlaqədar olaraq şəhərin tarixi və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə və Aral dənizinin ekoloji probleminin həll edilməsinə böyük kömək göstərdiyinə görə Z.Bünyadova yeni təsis olunmuş “Urgənc şəhərinin fəxri vətəndaşı” adı verilib.

Z.Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

Ziya müəllimin elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmayıb. Alimi Vətənin yaxın keçmişi də maraqlandırıb. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, Bakı kommunasına və digər mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-dürüst öyrənilməsinə yönəldilib. O, akademik V.Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirib, ona şərhlər yazıb. Sonra “Dinlər, təriqətlər, məzhəblər” adlı irihəcmli soraq kitabı hazırlayıb. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görüb.

Alim 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

Bir çox beynəlxalq elmi məclislərin iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunan beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunan beynəlxalq konfransda sanballı məruzələrlə çıxış edib.

İnstitut direktoru kimi Ziya müəllim böyük elmi-təşkilati işlər aparıb. O, Azərbaycan şərqşünaslıq elminin tərəqqisi, institutumuzun keçmiş Sovet İttifaqının digər şərqşünaslıq institutları və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəməyib.

Akademik Z.Bünyadov Şərqşünaslıq İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq ölkələri probleminə həsr olunan bir sıra beynəlxalq və regional elmi konfransların təşkilatçısı olub. 1992-ci ildə - Azərbaycanın ən çətin dövründə Z.Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan Partiyasına sədr müavini seçirlər. 1993-cü ildə “Astaranın fəxri vətəndaşı”, 1994-cü ildə isə “Göyçayın fəxri vətəndaşı” adına layiq görülüb. 1995-ci il noyabrın 12-də Z.Bünyadov Milli Məclisin deputatı seçilib. Akademikin Vətən qarşısında xidmətləri həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib.

1997-ci il fevralın 21-də akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirilib.

Həmin gündən bizləri iyirmi bir il zaman kəsiyi ayırır. Bu vaxt ərzində Ziya müəllimin elmi irsi, həyatı və işıqlı şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılıb. Onların hamısının fövqündə, əlbəttə ki, akademik Z.Bünyadovla vida mərasimində ulu öndər Heydər Əliyevin söylədiyi nitq durur: “Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi. O vaxtlar Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında, onların kitablarında, elmi yazılarında, Azərbaycan və Moskva mətbuatındakı məqalələrdə gedən mübahisələr çoxlarının yadındadır. Hər tərəfdən dəstə ilə alimlər, yaxud da alim adı daşıyan cürbəcür adamlar Azərbaycan tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi ilə, elmi əsərləri ilə onlara layiqli cavab verirdi və Azərbaycan tarixinin doğru-düzgün olduğunu dünyaya sübut edirdi və onu qoruyurdu. Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu özlərinə düşmən kimi qəbul edirdilər.”

Bu da Ulu Öndərin sözləridir: “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir”.

1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı - “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

Görkəmli alimin zəngin biliyi, geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun qələminə məxsus hər bir əsərdə özünü büruzə verir.

Alimin saysız-hesabsız məqalələrindən hər biri, onun istər orta əsr yaşayış məntəqələrinin müəyyən edilməsinə və geneoloji cədvəllərin dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın xilafət dövrü mərhələsinin və qonşu ölkələrlə əlaqələrinin öyrənilməsinə və ya bütün orta əsrlər müsəlman dünyasının siyasi, sosial-iqtisadi və mədəni tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri və ya tibb, astronomiya, seysmologiya və s. sahələrə aid orta əsr qaynaqlarından əxz edilmiş məlumatların şərhinə, yeni məxəzlərin üzə çıxarılması və əldə olunmuş məlumatların elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş tədqiqat işi gərgin axtarışların, tükənməz səbr və əməyin nəticəsidir. Bütün bunlar akademikin dərin düşüncə tərzinin, işıqlı zəkasına, dəqiq və mükəmməl təhlil metodunun, incə və sərraf tədqiqatçı məharətinin göstəriciləridir.

Ziya müəllim ixtisaslı şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.

Z.Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayıb. O, orta əsrlər Şərqi, ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin cəfakeş vətəndaşı Ziya Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək