Alimlər unutqanlığın funksional əhəmiyyəti ola biləcəyini düşünürlər
Bakı, 22 avqust, AZƏRTAC
Aparılan ən yeni araşdırmalar nəticəsində neyroloqlar “unutmaq” adlanan prosesin, əslində, öyrənmənin bir hissəsi olması qənaətinə gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “SciTechDaily” saytı məlumat yayıb. Trinity Dublin Universitetinin alimləri qeyd ediblər ki, əslində, unutmaq heç də əvvəllər düşündüyümüz kimi, bu və ya digər məlumatın beynimizdən silinməsi demək deyil, əksinə, bir məlumat unudularkən beyinin aktiv bazasından passiv bazaya köçürülür. Passiv bazaya ötürülən məlumat ehtimal ki, çox uzun müddət istifadə edilmir, ancaq hər hansı yardımçı siqnal vasitəsilə anında aktiv bazaya bərpa edilə bilir.
Professor Tomás Ryanın fikrincə, insan beyni hətta 5 saniyə gördüyü istənilən vizual görüntünü belə heç vaxt yaddaşından silmir: “Yuxularımızda görüb tanımadığımız insanlar, əslində, bizim passiv yaddaşımıza köçürülmüş bilgilərdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]