Arkadi Dvorkoviç: “Kişilər və qadınlar arasında dünya çempionatının formatı eyni olmalıdır”
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Xantı-Mansiyskdə qadınlar arasında dünya çempionatına start verilir. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviç bildirib ki, bu, indiki formatda keçirilən sonuncu çempionat olacaq.
Dvorkoviç bildirib:
-Ən güclü qadın şahmatçı nokaut-sistem əsasında təyin ediləndə təsadüf elementi kifayət qədər böyük olur. Daha sürəkli turnir bu təsadüfdən yaxa qurtarmağa kömək edir. Budəfəki turnirin yekunlarına əsasən birinci yeri tutan qadın şahmatçı dünya çempionu elan ediləcək, yarımfinala çıxmış digər şahmatçılar isə çempion adı uğrunda növbəti matçdan əvvəl keçiriləcək iddiaçıların turnirinin zəmanətli iştirakçıları olacaqlar. Daha 4 idmançı isə reytinq üzrə seçiləcək.
-Belə bir ehtimal varmı ki, dünya çempionatının keçirilməsi dövrəsi yenə 4 ilə bərabər olacaq?
-Müxtəlif variantlar müzakirə olunur, lakin hamı başa düşür ki, kişilər və qadınlar arasında dünya çempionatlarının formatı eyni olmalıdır. Artıq elan edilib ki, kişilər arasında çempionatın növbəti dövrəsi 2 il olacaq. Buna görə də qadınlar arasında çempionatın formatının dəyişdirilməsi məsələsini yalnız 2 ildən sonra müzakirə etmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:09]
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar
- 25.08.2026 [17:44]
Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib
- 25.08.2026 [16:35]
Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar
- 25.08.2026 [15:04]
Elvin Cəfərquliyev əməliyyat olunacaq, 3 ay futbol oynaya bilməyəcək
- 25.08.2026 [14:16]
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
- 25.08.2026 [13:34]