MƏDƏNİYYƏT


Arxeoloji abidələrin elektron qeydiyyatı aparılır

Bakı, 28 aprel (AZƏRTAC). Ağdam rayonunun işğal olunmamış ərazilərində və Ağcabədi rayonunda mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı aparılır.

Elektron qeydiyyat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ağdamın işğal olunmamış kəndlərində, həmçinin Ağcabədi rayonunun Qarqarçay vadisi boyunca yerləşən ərazilərində müxtəlif dövrləri əhatə edən 180 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir. Abidələrdən yerüstü materiallar toplanmış, fotolar çəkilmişdir.

Ekspedisiya ikinci əsas tədqiqat obyekti olan Fərmantəpə eneolit dövrü yaşayış yerinin 100 kvadratmetr sahəsində arxeoloji kəşfiyyat qazıntısı aparmışdır. Qazıntılar nəticəsində abidənin mədəni təbəqə yatımının qalınlığı müəyyən edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.