Tomas Tuxelin İngiltərə millisi ilə müqaviləsi yenilənəcək
Bakı, 12 fevral, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayacaq.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, sözləşmənin müddəti 2028-ci ilin yayına qədər uzadılacaq.
Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-də İngiltərə yığmasının sükanı arxasına keçən Tomas Tuxelin hazırkı müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatmalı idi. Almaniyalı mütəxəssis Ruben Amorimin istefaya göndərilməsindən sonra “Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]