ELM VƏ TƏHSİL


Astronomlar gözlənilməyən yerdə nəhəng ekzoplanet aşkar ediblər

Bakı, 20 aprel, AZƏRTAC

Astronomlar Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının VLT teleskopundan nəhəng ekzoplanetin birbaşa işığını müşahidə ediblər. Bu ekzoplanet Günəşə oxşayan ana ulduzundan olduqca uzaq məsafədə yerləşir. Yeni kəşf alimlər üçün əsl müəmmaya çevrilib - qaz nəhənglərinin mövcud yaranma modellərindən heç biri alimlərin gördüyü yerdə bu ekzoplanetin necə meydana gəldiyini izah edə bilmir. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, söhbət Yerdən 360 işıq ili məsafəsində göyün cənub yarımkürəsində Milçək bürcü istiqamətində yerləşən YSES 2b planetindən gedir. Bu qaz nəhəngi Günəş sisteminin ən böyük planeti Yupiterdən 6 dəfə ağırdır. O, öz ulduzundan Yerlə Günəş arasında olan məsafədən 110 dəfə daha çox uzaqda, yaxud Yupiterlə Günəş arasında olan ı məsafədən 20 dəfə daha çox uzaqda yerləşir. Onun ana ulduzu bütün parametrləri üzrə Günəşə oxşayır, lakin ondan əhəmiyyətli dərəcədə cavandır – cəmi 14 milyon yaşı var.

Planet və ulduz “Young Suns Exoplanet Survey” çərçivəsində aşkarlanıb. 2020-ci ildə bu müşahidə sayəsində Milçək bürcündə Günəşə oxşar daha bir ulduzun (TYC 8998-760-1) ətrafında çoxplanetli sistemin ilk birbaşa təsviri təqdim edilib.

Bu ekzoplanetlərin ilk birbaşa təsviri VLT ESO teleskopunda SPHERE adaptiv optikasının yüksək kontrastlı sisteminin genişləndirilmiş perfomansı sayəsində mümkün olub. SPHERE aləti koronoqraf qurğusunun köməyilə ulduzun parlaq işığını bloklayır ki, bu da daha zəif planeti görməyə imkan yaradır.

Alimlər axtarışlarda yaşı az olan planet sistemlərinə üstünlük verirlər. Belə ki, Günəş sisteminin daha yaşlı planetləri bu texnikanın köməyilə aşkarlanmaq üçün həddən çox soyuq olduqları halda, cavan planetlər daha isti olur və infraqırmızı işıqda daha parlaq işıq saçırlar.

YSES 2b planetinin öz ulduzundan çox uzaq məsafədə yerləşməsinin səbəbi alimlərə hələ ki məlum deyil, çünki o, nəhəng qaz planetlərinin yaranmasına dair məlum modellərin heç birinə uyğun gəlmir. Astronomlar yaxın gələcəkdə bu qeyri-adi planetin və onun ulduzunun ətrafını təfərrüatı ilə öyrənməyi, habelə Günəşə oxşar cavan ulduzların ətrafında digər nəhəng planetlərin axtarışını davam etdirməyi planlaşdırırlar. Onların fikrincə, fövqəladə böyük teleskop (ELT) ESO işə salınandan sonra YSES 2b planetinin mövcud olduğu yerdə necə yarandığını, yaxud onun miqrasiya etdiyini yoxlamaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.