İDMAN


Azərbaycan Reqbi Federasiyasının yeni klubları açılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Reqbi Federasiyasının yeni klubları fəaliyyətə başlayıb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Oğuz, Mingəçevir və Göygöldə açılan klublarda federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov, baş katibi Əliniyaz Mirzəyev, yığma komandanın baş məşqçisi Vaqif Sadətxanın iştirakı ilə komandaların təlim-məşqləri təşkil edilib. Qonaqlar klub üzvləri ilə görüş zamanı reqbi idman növü və onun inkişaf istiqamətləri ilə bağlı məlumat verib, klub üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıblar.

Daha sonra yeni açılmış klublara federasiya tərəfində toplar təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə reqbi komandalarının sayı artıq 11-ə (Gəncə, Sumqayıt , Qəbələ, Şəki , Qarabağ, Şəmkir, İçərişəhər, Göygöl, Oğuz, Mingəçevir, Samux) çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.