WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildirilib ki, videoda yer alan AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.
Həmin video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb. Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]