Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International 2019” turnirində ikinci yer tutub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz “International Challenge” kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Badmintonçumuz finala gedən yolda Lino Munyoz (Meksika), Sankirs (Kanada), Toma Junior Popov (Fransa) və Tobi Pentini (İngiltərə) məğlub edib. Üç set davam edən hər bir qarşılaşma E.R.Dviçayonun rəqibləri üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Edi Reski Dviçayo finalda kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti, dünya reytinqində 33-cü sırada qərarlaşan Hollandiya badmintonçusu Mark Kaljouya 0:2 (15-21, 10-21) hesabı ilə uduzub. 68 badmintonçunun mübarizə apardığı kişilərin şəxsi yarışında ikinci yer tutan Edi hesabına 3400 reytinq xalı yazdırıb.
Xatırladaq ki, Lino Munyoz, Toma Junior Popov və Tobi Penti Dünya Badminton Federasiyasının reytinq siyahısında ilk yüzlükdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]