İDMAN


Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında qızıl medal qazanıb

Bakı, 1 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qadın güləşçilərin yarışında millimizin üzvü Birgül Soltanova (62 kq) səkkizdəbir finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Güləşçimiz dörddəbir finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən B.Soltanova finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn B.Soltanova qızıl medalı boynundan asıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün M.Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq, əsl əzmkarlıq göstərən güləşçimiz rəqibini “tuşe” ilə məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, komandamız qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla başa vurub. Daha əvvəl güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qitə birinciliyində qızıl, Əsmər Canqurtaran (50 kq) isə bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.