Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir

Bakı, 7 iyun, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir.

AZƏRTAC xəbər verir ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində keçirilir. Builki Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradələri və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19 faiz artaraq 2,5 milyard dollara çatıb. Artım meyili 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23 faiz artıb.

Şahin Mustafayev qeyd edib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və “QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Bu yaxınlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinin ilk mərhələsi başa çatdırılıb. Bununla yanaşı, "SOCAR Polimer" zavodunun tikintisinin birgə maliyyələşdirilməsi də uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank”, həmçinin “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir.

Nazir vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3 faiz artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, imzalanan sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyası Leninqrad vilayəti arasında əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.

İyunun 8-də başa çatacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili də nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

İsrailin müdafiə naziri: Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır