Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ipək kəlağayılarına ildən-ilə maraq artır - “Azəripək” MMC-dən reportaj VİDEO

Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

İpəkçilik Azərbaycanda, o cümlədən Şəkidə çox qədim tarixə malikdir. Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir diyar olub. İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Bu qədim diyar öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. Şəkili sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan kəlağayılar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu.

Şəkidə qədim ipəkçilik ənənələri qorunub saxlanılır

Şəkidə qədim ipəkçilik ənənələri bu gün də qorunub saxlanılır, inkişaf etdirilir. Bu şəhərdə fəaliyyət göstərən “Azəripək” MMC (keçmiş “Şəki-İpək” ASC) respublikamızın ən böyük sənaye müəssisələrindən biri hesab olunur. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində son illər respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər “Azəripək” MMC-nin də fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Hazırda müəssisədə 6 istehsal sahəsi - baramaaçan, burucu, toxucu, boyaq-bəzək istehsalatları, həmçinin çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 314 işçi çalışır.

AZƏRTAC-ın bölgə müxbiri “Azəripək” MMC-nin boyaq-bəzək istehsalatında olub, istehsal sahəsinin fəaliyyəti ilə maraqlanıb. Burada Azərbaycan qadınlarının ənənəvi baş örtüyü olan ipək kəlağayı istehsal edilir.

Şəki kəlağayısına həmişə yüksək tələbat var

İstehsalat müdiri Qüdrət Quliyev 40 ildir ki, bu müəssisədə çalışır. Onun sözlərinə görə, əvvəllər kəlağayı şəhərdəki İpək Kombinatına məxsus kustar sexlərdə hazırlanırdı. Kəlağayıya olan tələbatı nəzərə alaraq 2002-ci ildə müəssisənin nəzdində ayrıca istehsal sahəsi - kəlağayı sexi yaradılıb, şəhərdəki kustar sexlərin fəaliyyəti isə dayandırılıb. Qüdrət Quliyev elə həmin vaxtdan bu sahəyə rəhbərlik edir.

Şəkidə kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Şəki kəlağayısına tələbat həmişə yüksək olub. Azərbaycan qadınının, qız-gəlinlərin, ismət, həya, xanımlıq simvolu sayılan kəlağayı müasir dövrümüzdə də öz dəyərini qoruyub saxlayır.

Qüdrət Quliyev bildirib ki, əvvəlki dövrlərdə kəlağayı yalnız bişirilib ağardılmış şəkildə, yəni naxış vurulmadan, boyanmadan xaricə satılırdı. O vaxtlar sexdə ay ərzində 20-30 min sadə kəlağayı istehsal olunurdu. Müəssisədə boyaq-bəzək istehsal sahəsi yaradıldıqdan sonra ipək kəlağayıların naxışlanmasına və müxtəlif rənglərlə boyanmasına başlanılıb.

Kəlağayının hazırlanması prosesi bir neçə mərhələdən ibarətdir

Hazırda kəlağayının hazırlanması prosesi bütünlüklə müəssisənin daxilində həyata keçirilir. Bu proses bir neçə mərhələdən ibarətdir. Müəssisədə istehsal olunan ipək sap burucu istehsalatında burulduqdan sonra toxucu istehsalatına göndərilir. Sexdə quraşdırılmış müasir dəzgahlarda toxunan yüksək keyfiyyətli nazik ipək parça daha sonra kəlağayı üçün lazım olan ölçülərdə doğranaraq boyaq-bəzək istehsalatına ötürülür. Bu sexdə ipək parça əvvəlcə soda qatılmış qaynar suda bişirilir, tərkibindəki yapışqan və digər maddələr təmizlənir. Sonra soyuq suda yüngülcə yaxalanaraq qurudulur. Daha sonra kəlağayıya naxış vurulması mərhələsi başlanır.

Hazırda boyaq-bəzək istehsalatında 18 işçi çalışır. İşçilərin aylıq əməkhaqqı 300-500 manat arasındadır. Onların əksəriyyəti uzun illərdir ki, bu istehsalatda çalışır, öz peşələrinə ürəkdən bağlanıblar.

Boyaq-bəzək istehsalatında çalışan işçilər öz peşələrinin mahir ustalarıdırlar

Texnoloq İradə Həmidova da 40 ildir ki, bu müəssisədə işləyir, hazırda texnoloji rejimlərə nəzarət edir. Naxışvurma sexində çalışan Günəş Məmmədova 5, Nigar Əmikişiyeva isə 17 ildir bu işlə məşğuldurlar, öz peşələrinin mahir ustalarıdırlar. Hər biri gün ərzində 20-25 kəlağayıya naxış vurur. Sexdə kəlağayının yeləni (haşiyəsi), xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbatı naxışlarla bəzədilir. Ümumiyyətlə, sexdə gün ərzində 100-150 kəlağayıya naxış vurulur. Naxış vurularkən taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara, həmçinin tac, gül, çiyələk formalı naxışlara üstünlük verilir.

Naxış vurulduqdan sonra kəlağayı boyama sexinə ötürülür. Boyaqçı Natiq Məmmədovun dediyinə görə, kəlağayıların boyanması zamanı əsasən təbii boyalara üstünlük verilir, kimyəvi maddələrdən hazırlanmış boyalardan az istifadə olunur.

“Azəripək” MMC-də istehsal olunan kəlağayılar bir neçə ölkəyə ixrac edilir

Hazırda “Azəripək” MMC-nin boyaq-bəzək istehsalatında ay ərzində sifarişə uyğun olaraq 2-2,5 minədək naxışlanmış, həmçinin 30 minədək bişmiş kəlağayı istehsal olunur. Burada istehsal olunan kəlağayı, ipək şərf və müxtəlif baş örtükləri Rusiya, İran, Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir, eyni zamanda, daxili bazarda, müəssisəyə məxsus mağazada satışı həyata keçirilir. Müəssisənin mağazasında satılan 150x150 santimetr ölçüdə naxışlanmış, güllü kəlağayının qiyməti 49 və 60 manatdır.

Azərbaycan kəlağayı sənəti beynəlxalq səviyyədə tanınır

İstehsalatın müdiri Qüdrət Quliyevin dediyinə görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb. Qüdrət Quliyev maddi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə göstərdiyi yüksək diqqət və qayğıya görə müəssisənin kollektivi adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Azərbaycanın ipək kəlağayılarına ildən-ilə maraq artır - “Azəripək” MMC-dən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb