MƏDƏNİYYƏT
Bakıda akvarel vorkşopu baş tutub
Bakı, 21 yanvar, AZƏRTAC
Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi (İWS Azerbaijan ) və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyasının təşkilatçılığı yanvarın 21-də “Azerbaijan” Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamların akvarel vorkşopu baş tutub.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 17 suluboyaçı rəssam və 2 uşaq iştirak edib. Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaradıblar.
Tədbir akvarel və onun gələcəyi haqda müzakirələrlə davam edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbirin əsas məqsədi akvarel rəssamlarını bir araya gətirmək, yaradıcılıq təcrübələrini bölüşmək və bu janra olan ictimai marağı artırmaqdan ibarət olub.
Vorkşop Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]