İQTİSADİYYAT


Baş nazir: Antiinflyasiya tədbirləri hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir

Bakı, 15 mart, AZƏRTAC

2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub. Təsadüfi deyil ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7 faiz, 12 aylıq inflyasiya isə 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyanın payına düşüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, tədiyyə balansının profisitli olması və qəbul edilmiş makrofiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləyib, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib.

“Antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Antiinflyasiya tədbirləri inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərinin minimallaşdırılması məqsədi daşıyır. Qeyd etmək istərdim ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 455 milyon manat vəsait sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 13 faiz çoxdur. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 59 faiz aqrar sektora yönəldilib”,- deyə Baş nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.