Bəhreynli atlet Kalkidan Qezan dünya rekordu müəyyənləşdirib
Bakı, 3 oktyabr, AZƏRTAC
Bəhreynli atlet Kalkidan Qezan qadınlar arasında 10 kilometr məsafəyə qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində təşkil olunan yarışda 30 yaşlı atlet məsafəni 29 dəqiqə 38 saniyəyə qət edib. Əvvəlki rekord Kenya təmsilçisi Coysilin Cepkosqeiyə məxsus olub. İdmançı 2017-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən turnirdə 29 dəqiqə 43 saniyəlik nəticə göstərib.
K.Qezan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 10 kilometr məsafəyə qaçış yarışlarında gümüş medal qazanıb.
Qeyd edək ki, kişilər arasında 10 kilometr məsafəyə qaçış yarışlarında dünya rekordu Uqanda təmsilçisi Coşua Çepteqiyə məxsusdur - 26 dəqiqə 11 saniyə.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]