MƏDƏNİYYƏT


Bəstəkar Cövdət Hacıyevin şərəfinə “Florida Keys” beynəlxalq müsabiqəsi

Vaşinqton, 6 fevral, AZƏRTAC

Bu ilin əvvəlində Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə birinci “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilatçısı bəstəkarın qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə başlanılıb.

Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və təbliğidir ki, bu da musiqiçilərə Nyu-Yorkun məşhur “Carnegie Hall” məkanında çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Müsabiqədə iştirak üçün musiqiçilər öz çıxışlarını onlayn təqdim etməlidirlər. Bu, yol xərci ödəmədən musiqi yarışında iştirak etməyə imkan yaradır. Müsabiqənin sonunda məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyətinin seçdiyi qaliblərə pul mükafatları veriləcək. Qaliblər 2018-ci il noyabrın 17-də “Carnegie Hall”a mükafatlandırma mərasiminə və qala-konsertə dəvət ediləcəklər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.