Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bioloq alim: Karantin qaydalarına əməl olunmasına ciddi nəzarət edilməlidir

Bioloq alim: Karantin qaydalarına əməl olunmasına ciddi nəzarət edilməlidir

Bakı, 12 avqust, AZƏRTAC

Yeni növ koronavirusun (SARS-CoV-2) törətdiyi xəstəlik (COVID-19) bu gün, demək olar ki, hər bir ailənin həyatına fiziki müdaxiləsi, yaxud xofu, psixoloji təhdidi ilə sirayət edib.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü biologiya elmləri doktoru İlham Şahmuradov deyib. O bildirib ki, indiyədək (11 avqust 2021-ci il) dünya üzrə CoV-2 virusuna 205 milyon 521 min 376 yoluxma və bu səbəbdən 4 milyon 337 min 772 ölüm hadisəsi qeydə alınıb. Ölkəmiz üzrə yoluxma 357 min 58 nəfərə, ölüm sayı isə 5 min 95 nəfərə çatıb. Dünyada hər milyon nəfərə 26 min 366 nəfər COVID-19 xəstəsi və 5 min 565 ölüm hadisəsi düşür. Hər milyon nəfərə görə ABŞ-da 111 min 227 xəstə və 1908 ölüm, Türkiyədə 70 min 258 xəstə və 616 ölüm, Gürcüstanda 115 min 860 xəstə və 1565 ölüm, Rusiyada 44 min 607 xəstə və 1908 ölüm, Almaniyada 45 min 299 xəstə və 1098 ölüm, Yaponiyada 8 min 366 xəstə və 121 ölüm, Azərbaycanda 34 min 867 xəstə və 498 ölüm qeydə alınıb. Bu göstəricilərə görə digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət ilk baxışda o qədər də təhlükəli görünmür. Lakin son günlərdə bu göstəricilərin sürətlə artması insanlarımızı yenidən təşvişə salıb.

İlham Şahmuradov diqqətə çatdırıb ki, COVID-19 pandemiyasının dünyanın əksər ölkələrində müşahidə olunan yeni dalğasını doğuran obyektiv və subyektiv səbəblər mövcuddur. Obyektiv səbəblərə nəzər yetirək: “Hüceyrələrimizn səthində müxtəlif molekulların oraya daxil olması və oradan xaric olması üçün çoxsaylı “qapılar” (reseptorlar) mövcuddur. Yeni növ koronavirus qan təzyiqimizin tənzimlənməsində həlledici rol oynayan anjiotenzin zülalının giriş qapısının “kilidinin açarına” (S zülalına) malikdir. Həmin qapının kilidini dəyişmək, yolu birdəfəlik bağlamaq mümkünsüzdür - nə metodoloji baxımdan, nə də ölüm doğuracaq fəsad baxımından. Deməli, ümid virusun həmin qapıya yaxınlaşmasına mane olmağa və artıq daxil olmağa “macal tapmış” virusları məhv etməklə onların çoxalmasına və yayılmasına imkan verməməyə qalır.

Təbii mutasiyalar nəticəsində virusun elə yeni variantları yarana bilir ki, (a) immun (müdafiə) sistemimiz onları operativ surətdə tanıyıb müvafiq hüceyrə qapısından daxil olmasını əngəlləyə bilmir və (b) hüceyrələrimizə artıq daxil olmuş həmin virus variantları daha böyük sürətlə çoxala bilir. Koronavirusun “delta” variantı (ştamı) buna ən bariz nümunədir.

Müxtəlif insanların immun sistemlərinin “imkanları” fərqlidir. 2-3 sutka ərzində özünü “büruzə verən” qrip virusundan fərqli olaraq, yeni növ koronavirusun “gizlənmək” (latent) dövrü 5-6 gün və daha çoxdur. Bu halda artıq virusa yoluxmuş insanlar özləri də bilmədən daha uzun müddət aktiv virus daşıyıcısı olurlar. Bu virusa “rast gələnə” qədər insanların orqanizmində çoxsaylı fəsadlar (qüsurlar) “toplanmış olur”, virusun müdaxiləsi isə onları daha da artırır”.

Subyektiv səbəblər odur ki, gigiyena, maska taxmaq, sosial məsafə və sosial təcrid tələblərinə əməl olunmur. Qısa müddətdə COVID-19 ilə mübarizədə uğur qazanmaq üçün dünya alimlərinin və həkimlərinin fikirləri, digər ölkələrin təcrübəsi və bir sıra həmvətənlərimizin mülahizə və təklifləri nəzərə alınmalıdr. Bu gün yeni növ koronavirusa qəlib gəlməyin ən səmərəli yolu peyvəndlənmədir! Yas məclisləri, ad günləri və toyların keçirilməsi üzrə müəyyən olunmuş qaydalar təkmilləşdirilməli və onlara hər kəs tərəfindən əməl olunmasına ciddi nəzarət edilməlidir. Nəzərə almaq lazımdır ki, COVID-19 pasportu onun sahibinin virus daşıyıcısı olmadığına təminat vermir! Tam peyvəndlənmiş insanlar da yenidən bu virusa yoluxa bilərlər (mütləq əksər hallarda xəstəliyi yüngül formada keçirsələr də).

“SARS-CoV-2 və yaxın perspektivdə insanın digər virusları üzrə elmi araşdırmalar mərkəzi yaradılmalı və bu işə təşkilat mənsubiyyətindən asılı olmayaraq bütün aparıcı mütəxəssislər cəlb olunmalı, bu istiqamətlər üzrə kadr hazırlığına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, Operativ Qərargaha daxil olmayan mütəxəssislərin müstəqil araşdırmalar apara bilməsi üçün yaş qrupları, peşəsi, cinsi və yaşadığı bölgə üzrə COVID-19 xəstəliyinin statistik göstəriciləri ictimaiyyətə bildirilməlidir. Bütün televiziya kanallarının üzərinə COVID-19 ilə mübarizə üzrə əhali arasında maarifləndirmə işlərinə müntəzəm və xüsusi efir vaxtının ayrılması öhdəliyi qoyulmalıdır. Gəlin özümüzü və bir-birimizi qoruyaq!”, - deyə İlham Şahmuradov qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər